MOK Olimpiya Hərəkatının təbliğini davam etdirir

MOK-un 25 illik yubileyi ərəfəsində xüsusilə gənclər arasında olimpiya hərəkatının təbliği, Azərbaycanın olimpiya oyunlarında qazandığı uğurlar və faəliyyəti haqqında www.mok25.az veb səhifəsi yaradılıb.

MOK-un 25 illik yubileyi ərəfəsində xüsusilə gənclər arasında olimpiya hərəkatının təbliği, Azərbaycanın olimpiya oyunlarında qazandığı uğurlar və faəliyyəti haqqında www.mok25.az veb səhifəsi yaradılıb. İnteraktiv oyunlarda Azərbaycanın fəxri olan Olimpiya çempionları haqqında məlumat əldə etmək, mövcud bilikləri genişləndirmək mümükündür. MOK-un mətbuat xidmətindən "OLAYLAR" -a bildirilib ki, oktyabr ayından başlayan interaktiv oyunlar şəklində keçirilən onlayn yarışlar hər kəsin marağına səbəb olub. İlk ayın qalibi Günel Əliyeva idi, növbəti aylarda  Zamiq Xurşudov (noyabr), Səbuhi Əlizadə isə dekabr ayının qalibidir. Qaliblər MOK-un qiymətli hədiyyələrini eldə ediblər. Yarışmanın sonuncu mərhələsi olan hər bir ayın qaliblərinin böyük yarışıdır. Burada olimpiya hərəkatının və Azərbaycan çempionları haqqında dərin biliyə sahib olan Günel xanım qalib olub. O, MOK-un 25 illiyi üçün hazırlanmış limitli sayda buraxılan xüsusi medal ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31