Xərçəngə qalib gəldi, avtomobil qəzasında öldü

2 yaşından xərçənglə mübarizə aparan 5 yaşlı Kamila Torkato avtomobil qəzasında həlak olub.  Faciə Kanadanın Toronto şəhərində baş verib. Bildirilib ki, həkimlər uşağa heç bir kömək edə bilməyiblər və o, xəstəxanada dünyasını dəyişib. Kamilanın hələ 2 yaşı olanda həkimlər tərəfindən ona eyni anda bir neçə daxili orqanda xərçəngin olması diaqnozu qoyulub. Uşaq iki il boyunca ölümcül xəstəliklə mübarizə aparıb. Valideynlərinin döyüşçü adlandırdığı uşaq kimyaterapiya alıb və ağır əməliyyatlar keçirib. 

Bildirilib ki, 2017-ci ilin sentyabrında xəstəliyə qalib gələn Kamila baxçaya getməyə başlayıb. Atası onu baxçadan götürən zaman qəza baş verir. Uşaq və atası iki maşın arasında sıxışıb qalıb. Ata xəsarətlər alaraq sağ qalsa da, uşaq dünyasını dəyişib. Polis uşağın ölümünə səbəb olan qəza ilə bağlı araşdırmalar aparır. Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31