Gündəm

6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş - ŞOK TƏFƏRRÜAT

19 Yanvar 2018 17:48

Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.  Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb.  Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib.  Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.

DAA Moskvada toplanmağa qərar verdi

19 Yanvar 2018 17:46

Dünya Azərbaycanlıları Assambleyası (DAA) İdarə Heyətinin iclası keçirilib. İclasda DAA İdarə Heyəti üzvlərinin və təmsilçiliklərinin 2018-ci il martın 24-də Rusiya Federasiyanın paytaxtı Moskvada canlı şəkildə görüşməsi barədə qərar qəbul edilib.

"Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil"

19 Yanvar 2018 17:45

"Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Baş prokuror Qobustan şəhərində vətəndaşları qəbul edib

19 Yanvar 2018 17:44

Baş prokuror Zakir Qaralov Qobustan şəhərində vətəndaşları qəbul edib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Aprel döyüşlərində düşməni məhv edən silahların yeni seriyası Azərbaycana gətirildi - VİDEO

19 Yanvar 2018 17:42

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

Canlı əfsanə xəstəxanaya yerləşdirildi

19 Yanvar 2018 17:40

Futbolun canlı əfsanələrindən olan Pele xəstəxanaya yerləşdirilib. Futbolçunun vəziyyəti dünən pisləşib. Pelenin bir müddət həkim nəzarətində saxlanılacağı bildirilir. Buna görə o, Britaniyanın Futbol Yazarlar Assosiasiyasının mükafatlandırma mərasiminə qatıla bilməyəcək. 

Həbsdə olan şair məhkəməyə müraciət etdi

19 Yanvar 2018 17:37

Həbsdə olan yazıçı-şair Saday Şəkərli vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Şair müraciətini Nizami rayon Məhkəməsinə təqdim edib. Vəkili Fəxrəddin Mehdiyev qeyd edib ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub, ona verilən 5 il həbs cəzasının iki ilini çəkib: “Onun indiki halda azadlığa buraxılması mümkündür”. Şairin ərizəsi məhkəməyə təqdim olunsa da, işə hansı hakimin baxacağı və məhkəmənin vaxtı hələlik məlum deyil.

Fransa hərbi xərclərini artırdı

19 Yanvar 2018 17:33

Fransanın 2018-ci ildə hərbi büdcəsi 34,2 milyard avro olacaq. Bunu Fransa Prezidenti Emmanuel Makron söyləyib. Onun sözlərinə görə, Paris 2025-ci ilə qədər hərbi xərclərini ümumdaxili məhsulun 2%-nə bərabər edəcək:

Lənkəranskinin qardaşı: Rövşənlə bir şəklim də yoxdur

19 Yanvar 2018 17:32

Bir müddət öncə Lotu Quliyə sui-qəsddə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, azərbaycanlı qanuni oğru Hacı Beylaqanski kimi tanınan Hacıbaba Talıbxanlı və digər iki azərbaycanlının məhkəməsi başa çatıb.

Azərbaycanda daha bir muzey yaradılacaq - Vərəmlə bağlı

19 Yanvar 2018 17:30

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu "Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib.

“Fitch” reytinq agentliyi ofisini bağladı

19 Yanvar 2018 17:28

ABŞ-ın “Fitch” reytinq agentliyi İstanbuldakı ofisini bağlayıb. Məlumata görə, bu barədə agentliyin bəyanatında deyilir.

Nümayəndə heyətimiz yenilənmiş tərkibdə AŞPA-nın qış sessiyasına gedir

19 Yanvar 2018 17:27

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

2017-ci il tarixin ikinci ən isti ili olub

19 Yanvar 2018 17:25

2017-ci il tarixdə ikinci ən isti il olub. Trend-in məlumatına görə, bu barədə NASA-nın hesabatında deyilir.

"Azərbaycan "etimad norması"nı yerinə yetirib"

19 Yanvar 2018 17:22

"Azərbaycana etimad çağırışı etmək artıqdır, çünki ölkəmiz "etimad norması"nı yerinə yetirib. Azərbaycan işğala məruz qalıb, bizim torpaqlarımız işğal altındadır". Bunu politoloq Fikrət Sadıqov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırmasına münasibət bildirərkən deyib.

Belçikada miqrantlar polisə hücum edib

19 Yanvar 2018 17:10

Belçikanın paytaxtı Brüssel yaxınlığında 40-a yaxın qeyri-leqal miqrant polis patruluna hücum edib. Məlumata görə, polis bölməsinə bir qrup miqrantın yük maşınına daxil olmaq istədiyi barədə zəng daxil olub.