Belçikada miqrantlar polisə hücum edib
Belçikanın paytaxtı Brüssel yaxınlığında 40-a yaxın qeyri-leqal miqrant polis patruluna hücum edib. Məlumata görə, polis bölməsinə bir qrup miqrantın yük maşınına daxil olmaq istədiyi barədə zəng daxil olub.
19 Yanvar 2018 17:10 DünyaBelçikanın paytaxtı Brüssel yaxınlığında 40-a yaxın qeyri-leqal miqrant polis patruluna hücum edib. Məlumata görə, polis bölməsinə bir qrup miqrantın yük maşınına daxil olmaq istədiyi barədə zəng daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları ilə miqrantlar arasında iğtişaş yaşanıb. Polis əməkdaşları havaya atəş açmaqla iğtişaşın qarşısını almağa çalışıblar. İğtişaş nəticəsində iki polis əməkdaşı yüngül xəsarətlər alıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31