Gündəm
Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T. İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.
Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
Hindistanın Qoa adasında taksi sürücülərinin tətili keçirilir. Məlumata görə, aksiyaya 18 min sürücü qatılıb. Tətilə bölgə rəhbərliyinin taksilərə məcburi sürət məhdudiyyəti qurğularının qoyulması barədə qərarı səbəb olub. Tətilə görə Qoa ştatının nəqliyyat naziri turistlərin hava limanından hotellərə çatdırılması üçün əlavə 300 avtobus və minə yaxın avtomobil ayırıb. Tətilin bir gün davam edəcəyi bildirilib.
Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ!
Burun estetikası ölkəmizdə və qardaş ölkə Türkiyədə illərdir ən çox müraciət edilən əməliyyatlar siyahısında birinci gəlir. Bəzən nəfəs problemindən, bəzən isə yalnız estetik görüntü səbəbi ilə keçirilən bu əməliyyatlar barədə internetdə bir çox məlumatlar paylaşılır. Modern.az xəbər verir ki, bu məlumatların əksəriyyəti, adətən, yalan olur və bu xəbərlər oxucularda, təbii olaraq, yanlış məlumatlar formalaşdırılır. Türkiyənin tanınmış qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi Dos. Dr. Dənizxan Dizdar, burnunu estetik əməliyyat etdirmək istəyən, lakin hələ də suallarına cavab tapa bilməyənlərə öz təcrübəsindən nümunələr paylaşır..
Qadın cinsiyət sistemi xərçəngi - İlk 10 əlamət
Hər il bütün dünyada müxtəlif növ xərçəng xəstəliklərinə tutulan və bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Bu tendensiya Azərbaycanda da izlənilir. Nəzərinizə çatdıraq ki, hal hazırda ilkin mərhələlərində aşkar olunmuş xərçəng xəstəliklərinin əksər hissəsi çox uğurla müalicə olunur, insanlar tam sağalır və daha sonra adi həyat sürürlər.
Hansı geyimlər sağlamlıq üçün təhlükəli ola bilər?
Gündəlik geyimlərin toxumalarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələr gizlənib. İsveç alimləri 60 ədəd müxtəlif növ parçanı testdən keçirdikdən sonra bu qənaətə gəliblər. Tədqiqat üçün toxuculuq sənayesində istifadə olunan parçalar seçilib. Təhlillər nəticəsində məlum olub ki, parçalarda mindən çox kimyəvi maddə var. Bu maddələrin təsiri insanlarda dəri xəstəliklərinin, eləcə də allergiyaların yaranması riskini artırır. Hətta paltarların yuyulması belə insanlara həmin maddələrin zərərli təsirlərindən yaxa qurtarmağa kömək etmir.
20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi
Bu gün Azad Azərbaycan Televiziyasında 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə əlliyə yaxın rəssamın əsərləri nümayiş olunurdu. Olaylar.az bildirir ki, sərgidə Mili Məclisin deputatları, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə "Azad Azərbaycan" teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayev açaraq bildirdi ki, qanlı yanvar tarixindən 28 il keçsə də, bu yara hələ də insanların qəlbində sağalmır. Həmin gün milli televiziyanın partladılmasını xüsusi qeyd edən Etibar Babayev deyib ki, burada əsas məqsəd Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mane olmaq idi.
Mübariz Qurbanlı “The Jerusalem Post” qəzetinə müsahibə verib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində “İslam Həmrəyliyi İli”nin yekunlarına dair müsahibəsi dərc edilib. SİA-nın verdiyi məlumata görə, müsahibədə bеynəlхаlq tеrrоrizmin, sеpаrаtizmin, dini еkstrеmizmin, milli, etnik və dini münaqişələrin baş verdiyi müasir dövrdə dünyada təhlükəsizliyi, insanların sülh içində yaşamasını təmin etmək məqsədilə tolerant və multikultural dəyərlərin təbliğ edilməsi, dinlər, mədəniyyətlər, siyasi sistemlər arasında əməkdaşlığın qurulması istiqamətində Azərbaycan Respublikasında görülən işlərdən bəhs olunub.
Şıxlinskaya 8 milyonluq iddiadan danışdı: Mənlik deyil
L.Şıxlinskaya bildirib ki, cinayət işi ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlanılıb: “Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssəlam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.
"İslam Həmrəyliyi İli"nin davamı kimi 2018-ci ildə əlavə tədbirlərin keçirilməsi üçün maliyyə vəsaiti ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli 2588 nömrəli sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilib, o cümlədən Bakı şəhərində “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilib, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib.
İsraildən Azərbaycana gələn bu dərmanı qəbul edən 5 GÜN SONRA ÖLÜR - RƏSMİ CAVAB - VİDEO
“Paracetamol 500” adlı dərman İsraildən ölkəmizə idxal edilib. Bunu içəndə ilk 5 gün adam özünü çox yaxşı hiss edir, sonra isə qəfildən dünyasını dəyişir. Bu, insanları öldürmək üçün göndərilib. Diqqətli olun, bu məlumatı hər kəsə göndərin".
Ermənistanın prezidenti yenə Sərkisyan olacaq
“Ermənistanın yeni prezidentinin də soyadı Sərkisyan olacaq. Artıq Serj Sərkisyan bu postu tutmaq üçün ideal saydığı adamın kimliyini açıqlayıb. O, Ermənistanın Böyük Britaniyadakı səfiri Aram Sərkisyandır”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev deyib ki, ancaq Ermənistanda təkcə dövlət başçısının soyadı dəyişməmiş qalımır, elə o özü də dəyişməyəcək: “Yəni Serj Sərkisyanın əsl xələfi Aram Sərkisyan yox, elə Serj Sərkisyandır. Xələfinin Sərkisyan soyadı daşıması bəlkə elə həm də buna eyhamdır. Bununla onu bildirim ki, bu Aram Sərkisyan çox qorxaq adamdır. Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir kimi çalışıb. Ancaq o zaman Ermənistanın müdafiə naziri Vazgen Sərkisyan ona azca xox gələn kimi vəzifəsini qoyub getmişdi”.
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Yanvarın 19-də Azərbaycan Texniki Universitetində Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.
Regional proqramların işsizlik probleminin aradan qaldırılmasına müsbət təsirləri
Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatını inkişaf etdirmək, onun hərtərəfli şəkildə inkişafına nail olmaq azadlılğımıza qovuşduğumuz ilk illərdən aktual olaraq qalırdı. Lakin səmərəli idarəçiliyin mövcud olmaması, iqtisadi inkişafa hesablanmış proqramlar, sənədlərin qəbul edilməməsi o illərdə Azərbaycan iqtisadiyyatını ölü nöqtədə qərarlaşdırmışdı. İqtisadiyyat gerilədikcə bu ölkə əhalisinin sosial duruma da təsir göstərir, ümumilikdə bundan Azərbaycan zərər görürdü.
Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilir
Prezident İlham Əliyev 2018 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
Sahibkarlığın inkişafını əngəlləyən amillər aradan qaldırılır
Ölkədə iqtisadi islahatları dəstəkləyən mühüm dövlət qurumu rolunda çıxış edən milli vergi sistemi, öz növbəsində, daim iqtisadi situasiyanın dəyişməsinə operativ və adekvat reaksiya verməkdədir. Son illərdə vergi sisteminin inkişafına, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, institusional potensialın gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir.











.jpg)


