20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi
Bu gün Azad Azərbaycan Televiziyasında 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə əlliyə yaxın rəssamın əsərləri nümayiş olunurdu. Olaylar.az bildirir ki, sərgidə Mili Məclisin deputatları, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə "Azad Azərbaycan" teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayev açaraq bildirdi ki, qanlı yanvar tarixindən 28 il keçsə də, bu yara hələ də insanların qəlbində sağalmır. Həmin gün milli televiziyanın partladılmasını xüsusi qeyd edən Etibar Babayev deyib ki, burada əsas məqsəd Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mane olmaq idi.
19 Yanvar 2018 18:25 SiyasətBu gün Azad Azərbaycan Televiziyasında 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə əlliyə yaxın rəssamın əsərləri nümayiş olunurdu.
Olaylar.az bildirir ki, sərgidə Mili Məclisin deputatları, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə "Azad Azərbaycan" teleradio şirkətinin Bədii Şuranın sədri əməkdar jurnalist, prof.Etibar Babayev açaraq bildirdi ki, qanlı yanvar tarixindən 28 il keçsə də, bu yara hələ də insanların qəlbində sağalmır. Həmin gün milli televiziyanın partladılmasını xüsusi qeyd edən Etibar Babayev qeyd etdi ki, burada əsas məqsəd Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mane olmaq idi. "Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra baş verənlərə siyasi qiymət verildi. 20 yanvar gününün səhəri Ümum Milli lider Heydər Əliyevin öz ailə üzvləri ilə birgə Moskvada Azərbaycan nümayəndəliyinə getməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynamışdı. Bildiyimiz ki, Heydər Əliyev 1982 - ci ildən sonra Moskvada Azərbaycan nümayəndəliyinə getməmişdi. Qanlı Yanvar hadisələrindən sonra Heydər Əliyevin Moskvada baş verən hadisələrə qarşı öz mövqeyini birmənalı şəkildə bildirməsi Azərbaycan xalqında milli ruhu bir daha ucaltdı. İnsanlar bir daha anladılar ki, artıq baş verən hadisələrə susmaq olmaz" - deyə, Etibar Babayev bildirdi. Tədbirdə çıxış edən Azərbaycan Reklamçılar İttiffaqı İctimai Birliyinin sədri Hacı Əmi Atakişiyev, Milli Məclisinin deputatları Jalə Əliyeva, Əli Məsimli, Azərbaycan xalq rəssamı, professor Arif Hüseynov 20 Yanvar günü xalqımıza qarşı olan amansız soyqırımdan, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırlmasını xatırladıblar.
Qeyd edək ki, tədbir Azad Azərbaycan Televiziyası və Azərbaycan Reklamçılar İttiffaqı İctimai Birliyi tərəfindən təşkil olunub.
Nigar Adil