AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Yanvarın 19-də Azərbaycan Texniki Universitetində Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.
19 Yanvar 2018 18:03 SosialYanvarın 19-də Azərbaycan Texniki Universitetində Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc və günahsız insanların Sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm, hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq.
Daha sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov çıxış edərək bu faciənin xalqımızın həyatında və yaddaşında dərin iz qoyduğunu deyib. C. Bəhramov bildirib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar.
Tələbələr isə çıxışlarında bugünkü gənclərin 20 Yanvar hadisəsinə faciə kimi yanaşmadığını deyiblər. Bildirilib ki, Azərbaycan gəncləri bu tarixi qəhrəmanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi yada salır.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli filmlər, slaydlar nümayiş olunub və tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər.