Gündəm
Cihan Özdəmirlə görüş
Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmiri qəbul edib. Qonağı ölkəmizdə, o cümlədən ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla indiyədək yüksək səviyyədə qurulmuş əlaqələrin bundan sonra daha da inkişafına əmin olduğunu söyləyib.
Uşaqlarda qəbizlik
Normada 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazı gün ərzində (böyüklərdə olduğu kimi) bir dəfə olmalıdır. Bəzən normadankənar hallar da olur. Məsələn, uşaq gündə 2-3 dəfə və ya 2-3 gündə 1 dəfə nəcis ifraz edir. Bu zaman uşaqda heç bir narahatlıq hissi yoxdursa, nəcis kütlələri həcmcə və xarici görünüşcə normaya uyğundursa (yəni nə çox duru, nə də çox bərk deyilsə, tərkibində qan qarışıqları, selik və s. dəyişikliklər yoxdursa), bunu normal hal hesab etmək olar.
Toyuq bulyonunun bilmədiyimiz faydaları...
İlk növbədə nəzərinizə çatdıraq ki, söhbət, təbii ki, kənd toyuğundan (broyler toyuğundan deyil!) bişirilmiş bulyondan gedir. Belə bulyonu əsl dərman adlandırmaq olar.
Məşhur amerikalı alim: "Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik
Bu gün cürbəcür şirniyyat məhsulları sağlam olmaq vərdişindan daha çox dəbdədir. Paradoksdur, amma son 15 il ərzində piylənmədən əziyyət çəkən insanların sayı aclıq çəkənlərlə müqayisədə 30 % artıb. Publika.az xəbər verir ki, bu statistika ayrıca bir ölkənin yox, bütün dünya üçündür. Qeydə alınmış endokrin xəstəliklərin sayı iki dəfə artıb.
Xəbərdarlıq: Rezin bilərziklilər zəhər saçır
Son zamanlarda uşaqların böyük maraqla taxdığı rəngli rezin bilərzikliklər, böyük təhlükəni saxladığı və tərkibində kansrogen maddə olduğu üçün uşaqlara zərər verir. Plastik hörgü bilərziklər göründüyü qədər günahsız deyil. Kiçik paket içərisində satılan və son zamanlarda qız uşaqları arasında bilərzik istehsalında istifadə edilən və olduqca məşhur olan rezin hörgü vəsaitlərinin zəhər saçdığı ortaya çıxıb. Çünki içərisində xərçəngə yol açan yüksək miqdarda ‘fitelat’ var. Fitelatlarda xərçəng maddəsi ehtiva edən məhsuldur.
“WhatsApp Business” messenceri istifadəyə verilib
"WhatsApp" şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə tutulan yeni "WhatsApp Business" messencerini istifadəyə verib. Bu barədə şirkətin bloqunda deyilir.
“WhatsApp” pulköçürmələri sistemini sınaqdan keçirir
Ötən ilin aprelində məlum olmuşdu ki, “WhatsApp” Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə hazırlaşır. Bu yaxınlarda məlum olub ki, “WhatsApp” messencerinə sahib olan “Facebook” şirkəti bu funksiyanı sınaqdan keçirməyə başlayıb.
“Apple” qurğu istifadəçiləri üçün “ağıllı” diş fırçası təqdim edilib
“Colgate” şirkəti yalnız “Apple” şirkətinin mağazalarında və saytında satışa çıxarılacaq “ağıllı” “E1” diş fırçasını nümayiş etdirib.
“Samsung Galaxy On7 Prime” smartfonu rəsmən nümayiş olunub
“Samsung” şirkəti Hindistanda “Galaxy On7 Prime” smartfonunu rəsmən təqdim edib.
İlin ən innovativ şirkətləri bəlli olub
"Apple" və "Google" artıq ikinci il ardıcıl olaraq "Boston Consulting Group" tərəfindən tərtib edilən 50 ən innovativ şirkət reytinqinə liderlik edirlər.
Süni intellektli “Samsung” prosessoru buraxılacaq
“Samsung” şirkəti süni intellektə malik çipin hazırlanmasını başa çatdırmaq üzrədir. Bu barədə “Korea Herald” nəşri şirkətdaxili mənbələrə istinadən məlumat verib. Məlumata görə, yeni “Samsung” prosessoru gücünə görə “Apple” və “Huawei” çipləri ilə rəqabət apara biləcək.
“Huawei” şirkəti sürətli enerji toplama texnologiyası hazırlayıb
Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi “Watt Lab” yeni nəsil sürətli enerji toplama texnologiyası hazırlayıb. Şirkət nümayəndələri iddia edirlər ki, 5 dəqiqə ərzində 3000 milliamper/saat tutumunda akkumulyatorun şarjını 48%-dək doldurmaq mümkündür. Hazırda heç bir smartfon belə sürətli enerji toplamaq imkanına malik deyil.
Hansı bürcün qadını daha güclüdür? - XARAKTERİSTİKA
Bəzisi gücü və nəzarəti sevir, bəziləri yaradıcılığı və ya xəyalpərəstliyi ilə tanınır. Bürclərin qadınlar üzərində fərqli təsirləri ola bilir. Bəs siz bürcünüzün hansı xüsusiyyətlərə malik olduğunu bilirsiniz?
Vəziyyəti ağır olan xalq artistinin SON DURUMU
Xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva hələ də reanimasiyadadır. Aktrisanın kürəkəni, aktyor Qurban Məsimov yenicag.az-a açıqlamasında aktrisanın həyatı üçün təhlükənin sovuşduğunu bildirib: m"Bu gün xəstəxanada Böyükxanım Əliyevanı müayinə etdilər, ciyərləri təmiz çıxdı. Exo kardioqramma da olundu. Həkimlər dedi ki, ürəyində ciddi problemlər var, müalicə olunmalıdır. Amma ağır təhlükə sovuşub. Bununla belə, hələ bir müddət də reanimasiyada qalacaq".
“20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans
Yanvarın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “20 Yanvar-qəhrəmanlıq və şərəf günü” mövzusunda konfrans keçirilib. ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov universitetdə 20 Yanvarla bağlı silsilə tədbirlərin keçirildiyini söyləyib. O, qeyd edib ki, bu tip tədbirlərin tələbələrdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rolu var, ona görə də, bundan sonra da bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. S.Hüseynov daha sonra mövzu ilə bağlı məruzələri dinləmək üçün sözü tələbələrə verib.














