Gündəm

Rus əsgərləri Afrindən geri çəkilmir - Lavrovdan TƏKZİB (YENİLƏNDİ)

20 Yanvar 2018 09:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.  Lavrov bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib. "Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib.

20 Yanvarla bağlı Nizami Kino Mərkəzində dəyişiklik 

20 Yanvar 2018 09:23

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar repertuar dəyişdirilib. Kinoteatrda nümayişdə olan filmlər yığışdırılıb. Yanvarın 20-də  saat 15:00-da kinoteatrda "Nabat" filmi nümayiş olunacaq. Filmin nümayişi pulsuzdur. Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Nabat" filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğludur.

Deputatlar AŞPA-ya gedir

20 Yanvar 2018 09:17

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək. Milli Məclisdən  verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildir.

Bilik Fondu 20 Yanvar şəhidlərini yad etdi

20 Yanvar 2018 09:14

Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış, təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş 1990-cı ilin 20 yanvar cinayəti artıq 28 ildir ki tariximizdə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi yer alır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürüldü, 600-dən çox adam yaralandı. Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə qarşı yönəldilmiş qanlı cinayət kimi xatırlayır, hər il bu faciənin ildönümündə şəhidlərimizin müqəddəs ruhunu yad edir.

İzmirdə Xocalı parkı açılacaq

20 Yanvar 2018 09:09

İzmirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş park və abidə açılacaq. Bu barədə məlumatı İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, doktor Asif Kurban verib. “Bu günlərdə Balçova bələdiyyə başqanı Mehmet Ali Çalkayanı cəmiyyət olaraq ziyarət etdik.

20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünü 

20 Yanvar 2018 09:07

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqı üçün önəmli tarixlərdən olan bu gündə giriş sözü ilə Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək bildirib ki, 20 yanvar xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq sayəsində Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. 

Dəhşətli ZƏLZƏLƏ

20 Yanvar 2018 09:01

Azərbaycan xalqı Qorbaçovu həmişə bir cinayətkar kimi xatırlayacaq, lənətlə anacaq

20 Yanvar 2018 09:00

Azərbaycan 28 ildir ki, azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmış, lakin xalqın azadlıq istəyinə silah-sursatla cavab vermiş keçmiş SSRİ rəhbərlərliyi və onun ordu birləşmələrinin Bakıda törətdikləri dəhşətli faciəni anır, xatırlayır, həmin dəhşətli günlərə bir daha nəzər yetirir. Yüzlərlə insanın qətlə yetirilməsi, bir o qədər vətəndaşımızın xəsarət alması ilə nəticələnən qanlı Yanvar faciəsi XX əsrin 90-cı illərində keçmiş Sovet rəhbərliyinin timsalında azadlıq arzusunu səsləndirən xalqlara, millətlərə qarşı törədilən soyqırımın bir anı, məkanı idi. Keçmiş SSRİ rəhbərliyi Bakı qırğınlarından əvvəl və sonra da Azərbaycan kimi mərkəzdən müstəqillik tələb edən müttəfiq respublikalara qarşı cəza mexanizmini işə salmış, qırğınlar törətmişdi.

Məmmədyarov superturnirdə vahid lider oldu

20 Yanvar 2018 08:57

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

Azərbaycanın azadlıq mübarizəsinin şərəfli tarixi – 20 Yanvar

20 Yanvar 2018 06:00

Azərbaycan tarixinin daha bir hüznlü günlərinin ildönümü ərəfəsindədir. 1990-cı il, yanvarın 20-də sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdikləri qətliamdan 28 il keçir. Azərbaycanın azadlıq, mütəqilliyinə doğru gedən yolun başlanğıcı olan 20 Yanvar faciəsi bu səbəbdən ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda xalqımıızın şərəfli qəhrəmanlıq tarixi kimi də xatırlanır.

20 Yanvar – əsarətin son gecəsi

20 Yanvar 2018 05:00

Hər bir xalqın hansı dərəcədə milli birliyə,  milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara  ümumxalq reaksiyasında özünü göstərir. 26 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi  tariximizə yeni bir mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi.  20 yanvar yaxın keçmışımizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.

20 Yanvar - qəhrəmanlıq və şəhidlik zirvəsi

20 Yanvar 2018 00:03

20 Yanvar faciəsi - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdır. 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Black January martyrs commemorated in the UK Parliament

19 Yanvar 2018 20:52

On 18 January, the Black January dead were remembered during a landmark reception in the Macmillan Room of Portcullis House in the UK Parliament, located a few metres from Big Ben. The event was attended by Peers Lord David Evans and Lord Leslie Turnberg, and around 40 diplomats, Azerbaijanis and friends of the country and hosted by Bob Blackman MP, Chair, Azerbaijan All-Party Parliamentary Group (APPG). It was jointly organised by the Embassy of Azerbaijan to the UK and The European Azerbaijan Society (TEAS).

Qara Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniya Parlamentində yad edildi

19 Yanvar 2018 20:50

Londonda Böyük Britaniya Parlamentinin “Portcullis House” palatasının “Macmillan” zalında Qara Yanvarda həlak olanların əziz xatirəsi yad edilib. Olaylar.az bildirir ki, parlament üzvü, Britaniya -Azərbaycan Paramentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, həmçinin 40-a yaxın xarici diplomat, Azərbaycan diasporasının fəalları və ölkəmizin yaxın dostları iştirak edib. Tədbir Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində baş tutub.