Gündəm

Ərdoğan 20 Yanvar şəhidlərini andı

20 Yanvar 2018 21:25

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.  Türkiyə prezidenti bununla bağlı "Twitter"də paylaşım edib.

Türkiyə Suriyaya yazılı məlumat verib - "Zeytun budağı" əməliyyatı

20 Yanvar 2018 21:19

Türkiyə Suriyanın Afrin bölgəsində PYD terrorçularına qarşı apardığı əməliyyatlar barədə Suriya tərəfinə yazılı məlumat verib. Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşuğlu belə açıqlama verib.

İranda 20 Yanvarla bağlı bəyanat

20 Yanvar 2018 21:17

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsi hər bir azərbaycanlının qəlbində kədər qədər də fəxarət hissi oyadır.

“Az qalmışdı yanaq” - Bu gün Bakıdakı yanğının olduğu binada yaşayan məşhur aparıcı

20 Yanvar 2018 17:41

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verib. Tanınmış aparıcı, dövlət televiziyasında Musiqi və Əyləncəli Verilişlər Departamentinin baş redaktoru Nurlana Cəfərova yanğın baş verən binada yaşadığını deyib. O, hadisə haqqında sosial şəbəkədə məlumat verib: “Biz yaşadığımız binada səhər 8-dən yanğın başladı. İnsanlar iri maşınların, polislərin səsinə oyanıb, pəncərədən böyük alovu və tüstünü görüb, bayıra qaçırdı. Hər kəsdən evi tərk etmələri xahiş olundu. Əsən külək yanğına daha da güc verirdi. Bir sözlə, situasiya yaxşı deyildi”.

Əlildən ŞOK ƏMƏL: gecə yarısı gizlicə bacısının yanına getdi və... - CƏLİLABADDA DƏHŞƏT

20 Yanvar 2018 17:38

Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü, 3-cü qrup əlil Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əli Əliyev həmkəndlisi, Cəlilabad rayonu Sərhədabad kənd sakini Nemət Astanovun onun kəndlərində ailəsi ilə yaşayan bacısı Aynurə ilə intim münasibətdə olmaq niyyətində olmasını hiss edib. İntim münasibətdə olmasından şübhələndi

Teatrda  20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir

20 Yanvar 2018 17:31

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

20 Yanvar faciəsinin 28-ci il dönümü

20 Yanvar 2018 17:23

Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı XX1 əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndi.

Türklər terrorçularla qarşı-qarşıya... 3 komandir öldü

20 Yanvar 2018 17:11

Komadirlər hucuma məruz qaldı. Türk əsgərləri Afrinə doğru irəliləməyə hazırlaşarkən YPG-lilərin qurduğu Menbic şəhərində komadirləri öldürülüb. YPG komandirlərinin maşında gedərkən bombalı hücuma məruz qalması nəticəsində üç terrorist komandiri ölüb. Afrində YPG-lərə kömək etmək üçün Menbiçə gələn terroristlərin fotoşəkilləri bu həftə ərzində yayımlanmışdı.

İki banka məxsus avtomobillər hərracda satılır

20 Yanvar 2018 17:10

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Papa xristian dünyasını qarışdırdı - KİLSƏLƏRƏ HÜCUM

20 Yanvar 2018 17:08

Çili də növbəti kilsə yandırılıb. Naməlum şəxslər Roma Papası Fransiskin səfərinə etiraz olaraq daha bir katolik kilsəsini yandırıblar. Polis faktla bağlı istintaqa başlayıb.

İraqda zəlzələ baş verib

20 Yanvar 2018 12:40

İraqın mərkəzi hissəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ olub.  Yeraltı təkanlar Diyala əyalətində, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.

DTX-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

20 Yanvar 2018 10:00

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin əməkdaşları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Ucarda ata və oğul bıçaqlandı - Ata öldü

20 Yanvar 2018 09:28

Ucarda ata və oğul bıçaqlanıb. Hadisə ötən gecə 23:30 radələrində rayon ərazisində baş verib. Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.