20 Yanvar faciəsinin 28-ci il dönümü
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı XX1 əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndi.
20 Yanvar 2018 17:23 SosialBakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı XX1 əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində tədbir keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndi.
Tədbirdə millət vəkili Aqil Abbas, Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, XX1 əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzin təsisçisi Arif Qaraşov və şəhid ailələrinin üzvləri çıxış etdi. Çıxışçılar 20 Yanvr faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq arzusunun oyanış günü olduğunu qeyd etdi.
Mərasimdə "Savalan" qrupunun rəhbəri xanəndə Novruz Novruzov şəhidlərə həsr olunmuş mahnılarla çıxış etdi.
Tədbirdə Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin hər il ümumxalq hüzn günü kimi qeyd olunduğunu dedi. O, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik olduğunui vurğuladı.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın "Tarixin acısı - Qan yaddaşımız" adlı sənədli film nümayiş olundu.