Gündəm

Hava dəyişkən buludlu olacağ

21 Yanvar 2018 14:09

Yanvarın 22-də respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Müdafiə Nazirliyi: "Ermənistan mətbuatında yayılan məlumatlar yalandır"

21 Yanvar 2018 14:07

Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

Prezident nazir müavinini işdən çıxardı - Sərəncam

21 Yanvar 2018 14:04

Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib. Məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Türkiyə daha 3 ölkə səfirini XİN-ə çağırdı

21 Yanvar 2018 14:01

3 ölkənin səfirləri Türkiyə Xarici İşlər nazirliyinə çağırılıb. Bu barədə XİN-dən məlumat yayılıb. XİN-ə çağırılan Qətər, Küveyt və Səudiyyə Ərəbistanı səfirlərinə Afrində keçirilən “Zeytun Budağı” əməliyyatı ilə bağlı məlumat veriləcək.

Britaniya vətəndaşlarını Koreyadan çıxarır – Gizli plan

21 Yanvar 2018 14:00

Britaniya hərbçiləri Şimali Koreyanın zərbə endirəcəyi təqdirdə vətəndaşlarının Cənubi Koreyadan təxliyəsi üçün xüsusi plan hazırlayır. Bu barədə “Sandi Tayms” yazıb.

Taliban kəndə hücum etdi – 18 ölü

21 Yanvar 2018 13:58

Əfqanıstanın Bəlx əyalətinin Buzboy kəndi Taliban yaraqlılarının hücumuna məruz qalıb. Bu barədə yerli telekanallar informasiya yayıb. Məlumata görə, gecə edilən hücum nəticəsində 18 nəfər öldürülüb.

Əsəddən Türkiyəyə böyük zərbə : PKK-ya silah...

21 Yanvar 2018 13:56

Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradan Afrində əməliyyatlara başladığı bir vaxtda Əsəd rejimi PKK-PYD qruplaşmasına dəstək verib. Əsəd rejimi terrorçuların Hələbdə yerləşən PKK nəzarətindəki Şeyx Maqsud məhəlləsindən Afrinə yardım göndərilə bilməsi üçün Hələblə Afrini birləşdirən Nubul Zəhra yolundan istifadəsinə şərait yaradıb. Şeyx Maqsud məhəlləsində çox sayda silah-sursat yüklü maşın Afrinə terror qruplaşmasına dəstək üçün göndərilib.

Bu nə ailədir? - 6 yaşlı uşağa işgəncə verən valideynlər...

21 Yanvar 2018 11:11

Belçikada gecə yarısı mətbəxdən icazəsiz yemək götürən 6 yaşlı uşaq saatlarla soyuq balkonda saxlanılıb. Övladına qarşı qəddarlıq edən valideynlər Brüssel məhkəməsinin hökmü ilə üst-üstə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə ediblər

21 Yanvar 2018 11:04

Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığı zamanı Suriyanın şimalında sabitliyin təmin edilməsi və böhranın dinc yolla nizamlanmasına dair məsələləri müzakirə ediblər.    Telefon danışığı yanvarın 20-də ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Təhsil nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM

21 Yanvar 2018 11:01

Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.M. Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Azadlıq heykəli bağlandı

21 Yanvar 2018 10:57

Nyu-Yorkun əsas simvollarından olan Azadlıq heykəli federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar turistlər üçün bağlanıb. Abidəni yaxından görmək istəyən turistlər biletlər əldə etsələr belə, nə abidənin özünə, nə də yaxınlıqdakı parka daxil ola biliblər.

Kliniki ölümün sirri açılır: Yeni təcrübə… - Alimlərdən şok iddia

21 Yanvar 2018 10:55

Kliniki ölüm zamanı yaşananlar beyin fəallığından əmələ gələn dalğaların intensivliyi fonunda sıçrayışın nəticəsi ola bilər. Alimlər kliniki ölümdən dərhal sonra beyin qabığında törənən elektromaqnit dalğaların intensivliyinin kəskin artdığını bildirir. Bu isə öz növbəsində həmin anlarda beyin fəallığının güclənməsindən xəbər verir.

ABŞ-ın Suriyadakı aerodromunu bombaladı - Türkiyə tərəfindən

21 Yanvar 2018 10:51

Türkiyə qırıcıları "Minninq" aerodromuna zərbələr endiriblər. "Minninq" aerodromu Afrindəki keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilmişdi.

Fabrikdə güclü yanğın

21 Yanvar 2018 10:48

Hindistanın paytaxtı Dehlidə fəaliyyət göstərən fabriklərdən birində yanğın baş verib. Fişəng istehsal edən fabrikdə baş verən yanğın zamanı 17 nəfər ölüb. Daha 1 nəfər xəsarət alıb.

Sən demə, “Əpl” məhsullarındakı “i” hərfinin mənası BU İMİŞ

20 Yanvar 2018 21:29

Hər il milyonlarla məhsulu satılan “Əpl” (Apple”) firmasının məhsullarının əvvəlindəki “i” hərfinin mənasını kim bilir? Çox zaman bu hərfin ingilis dilindən tərcümədə “mən” mənasını ifadə etdiyi iddia edilir. Lakin əslində elə deyilmiş.