Gündəm
Şakira nədə ittiham olunur?
Terrorçuların 45 obyekti məhv edildi
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti məhv edilib. Bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.
İran ordusu hərbi təlimlərə başlayır
Yanvarın 22-də İran ordusu genişmiqyaslı hərbi təlimlərinə başlayacaq. Bu barədə məlumat verən İran ordusunun koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyarı bildirib “Məhəmməd Rəsullah” adlı təlimlərə hərbi dəniz qüvvələri də cəlb ediləcək.
Türkiyə raket atəşinə tutuldu: 1 ölü, 54 yaralı
Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb. Bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.
Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib. Bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.
Türkiyəyə 3 raket atıldı: 1 ölü, 32 yaralı
Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb. Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.
Natodan Türkiyəyə dəstək MESAJI
NATO Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PYD/PKK/YPG-nin işğal etdiyi Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatına münasibət bildirib. NATO rəsmisi verdiyi açıqlamada bütün ölkələrin özünü müdafiə haqqının olduğunu söyləyib.
Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için
Arıqlamaq üçün ən təsirli qarışımlardan biri soğan ilə hazırlanan qarışımdır. Sizə faydalı soğan qarışımını təqdim edirik. Sağlamlıq baxımından saysız faydası olan soğan metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Bundan pəhriz və məşq proqramlarında çox istifadə edilir. Çünki bədəndə yaranan yağlanmanı azaldaraq, arıqlamağa kömək edir. Lakin adətən soğanın özü deyil, suyu istifadə edilir. Səbəbi isə soğanın içərisindəki faydalı enzimlərin kəsildikdən sonra itməsidir. Buna görə soğan suyu ilə hazırlanan qarışım arıqlamağa daha çox kömək edir.
Bitkoin şirkətlərinə cinayət işi açıldı
ABŞ Ticarət İndeksləri Komissiyası (CTFC) 3 kriptovalyuta şirkətini müştərilərini aldatdığı iddiası ilə məhkəməyə verib. Barələrində iş açılan və bitkoinə aid olduğu 2 şirkətin – “Cabbage Tech Corp.” və “Coin dropp Markets” adı altında kriptovalyuta mütəxəssisliyi sahəsində müştərilərindən pul aldığı, lakin onlara xidmət göstərmədiyi üzə çıxıb.
Musa Musayev həbs olundu
Vəzifəsindən sui-istifadədə günahlandırılan Dağıstanın Mahaçqala vilayətinin meri Musa Musayevə 10 sutkalıq həbs cəzası verilib. Şəhər məhkəməsi ittiham irəli sürüləcəyi halda həbs müddətinin 2 aya qədər uzadıla biləcəyini açıqlayıb.
Bakının üç qəsəbəsində sabaha qədər su olmayacaq
Gəncədə bədbəxt hadisə: Ata azyaşlı övladını maşınla öldürdü
Bu gün Gəncədə Şahsevənlər küçəsində bədbəxt hadisə baş verib. Şəhər sakini “Mercedes ML” markalı avtomobilini arxaya verərkən ehtiyatsızlıq edib və görmədiyi azyaşlı övladını vurub.
Abşeronda güllə atıldı: məktəbli gözündən yaralandı
Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev, Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nayihəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Telman İsmayılovun biznes-mərkəzinə məhkəmə qadağası
Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər "Tropikano" biznes-klubu" şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib.
"Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"
Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq. Bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım media təmsilçiləri ilə görüşdə bəyan edib. B.Yıldırım Türkiyə ordusunun dünən başladığı "Zeytun budağı" əməliyyatında da əsas məqsədin Türkiyə sərhədi boyu Suriyaərazisində 30 km genişlikdə təhlükəsizlik zolağı yaratmaq olduğunu bildirib.














