Bakının üç qəsəbəsində sabaha qədər su olmayacaq
21 Yanvar 2018 18:56 SosialBu gün Bakının üç qəsəbəsində içməli su təchizatında məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.
Məlumatda bildirilib ki, içməli suyun verilişində fasilə yanvarın 22-də günün birinci yarısına qədər davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31