Türkiyə raket atəşinə tutuldu: 1 ölü, 54 yaralı

Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb. Bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.

Türkiyə şəhərlərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində 1 nəfər ölüb, 54 nəfər yaralanıb.

Bu barədə Türkiyənin Hatay əyalətinin administrasiyası məlumat yayıb.

"PYD terrorçuları tərəfindən Hatay əyalətinin Reyhanlı şəhərinə 11 raket atılıb. Onlardan 9-u şəhər ərazisinə düşüb. Nəticədə 47 nəfər yaralanıb. Onlardan 30-u Türkiyə, 17-si isə Suriya vətəndaşıdır. Yaralıların hamısı şəhər xəstəxanasına aparılıb. Bir Suriya vətəndaşı ölüb, 4 nəfər xəstəxanada müalicəsini davam etdirir, 42 nəfər evə buraxılıb", - deyə bəyanatda bildirilir.

Kilis administrasiyasının məlumatına görə, bu şəhər də Suriyanın Afrin bölgəsindən raket atəşinə məruz qalıb. Burada 4 raket partlayıb, nəticədə 7 nəfər yaralanıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31