Abşeronda güllə atıldı: məktəbli gözündən yaralandı 

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb. Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev, Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nayihəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən Akademik U. Musabəyli adına Oftalmoloji xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Kəsilmiş cırılmış göz cərrahi əməliyyat olunub. Hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31