Teatrda  20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və "Azadlığa gedən yol" adlı ədəbi-bədii tədbir keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxışlar zamanı vurğulanıb, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizlik əzmini qıra bilmədi. Azərbaycan xalqı ötən əsrin sonlarında uzun illərdən bəri əsarətində olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı.

Çıxışlardan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan və 20 Yanvar hadisələrinə həsr edilmiş yazıçı-dramaturq T. Vəliyevanın "Mənim ağ göyərçinim" adlı tamaşa nümayiş etdirildi. Tamaşanın nümayişindən sonra Müdafiə Nazirliyi Şəxsi Heyəti qarşısında milli-mənəvi dəyərlərimizi təbliğ etdiyinə və hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə yaxından fəal iştirak etdiyinə görə teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Nəsibə Eldarova, aktyorlar Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, İsa Əsədov, Kərəm Hadızadəyə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəhbərliyi adından fəxri fərmanlar təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31