Azərbaycan xalqı Qorbaçovu həmişə bir cinayətkar kimi xatırlayacaq, lənətlə anacaq
Azərbaycan 28 ildir ki, azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmış, lakin xalqın azadlıq istəyinə silah-sursatla cavab vermiş keçmiş SSRİ rəhbərlərliyi və onun ordu birləşmələrinin Bakıda törətdikləri dəhşətli faciəni anır, xatırlayır, həmin dəhşətli günlərə bir daha nəzər yetirir. Yüzlərlə insanın qətlə yetirilməsi, bir o qədər vətəndaşımızın xəsarət alması ilə nəticələnən qanlı Yanvar faciəsi XX əsrin 90-cı illərində keçmiş Sovet rəhbərliyinin timsalında azadlıq arzusunu səsləndirən xalqlara, millətlərə qarşı törədilən soyqırımın bir anı, məkanı idi. Keçmiş SSRİ rəhbərliyi Bakı qırğınlarından əvvəl və sonra da Azərbaycan kimi mərkəzdən müstəqillik tələb edən müttəfiq respublikalara qarşı cəza mexanizmini işə salmış, qırğınlar törətmişdi.
20 Yanvar 2018 09:00 SiyasətEtibar Hüseynov: "Ömrünün son illərində Qorbaçova sinəmizə çəkdiyi dağı heç vaxt unutmayacağımızı bir daha hali etmək, onun iç üzünü dünyaya, xüsusən də yeni nəslə bir daha göstərmək əsas hədəfim idi"
Azərbaycan 28 ildir ki, azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmış, lakin xalqın azadlıq istəyinə silah-sursatla cavab vermiş keçmiş SSRİ rəhbərlərliyi və onun ordu birləşmələrinin Bakıda törətdikləri dəhşətli faciəni anır, xatırlayır, həmin dəhşətli günlərə bir daha nəzər yetirir. Yüzlərlə insanın qətlə yetirilməsi, bir o qədər vətəndaşımızın xəsarət alması ilə nəticələnən qanlı Yanvar faciəsi XX əsrin 90-cı illərində keçmiş Sovet rəhbərliyinin timsalında azadlıq arzusunu səsləndirən xalqlara, millətlərə qarşı törədilən soyqırımın bir anı, məkanı idi. Keçmiş SSRİ rəhbərliyi Bakı qırğınlarından əvvəl və sonra da Azərbaycan kimi mərkəzdən müstəqillik tələb edən müttəfiq respublikalara qarşı cəza mexanizmini işə salmış, qırğınlar törətmişdi. Ancaq Bakıda törədilən vəhşilik qədər qeyri-insani münasibət nə qonşu Gürcüstan, nə də digər Moskvanın qəzəbinə tuş gəlmiş digər müttəfiq respublikalarda törədilməmişdi. Bir sözlə ittifaq rəhbərliyi ən dəhşətli qırğın ssenarisini Azərbaycan üçün hazırlamışdı və həmin qırğını da 1990-cı ilin 20 yanvar tarixində Moskvanın Bakıdakı peşkalarının yardımı ilə gerçəkləşdirdilər. Həmin faciənin, dəhşətli Bakı qırğının üzərindən 28 il keçsə də, hələ də 20 Yanvar faciəsinin əsas baiskarları cinayət məsuliyyətinə cəlb edilməyib. Düzdür, onların bəziləri günümüzdə həyatda olmasa da, lakin 20 Yanvar faciəsinə vəsilə olan o zamankı siyasi rəhbərlikdən hələ də sağ qalanlar var.
20 Yanvar faciəsi dedikdə təbii ki ilk olaraq ağıla o zamankı SSRİ rəhbəri, azərbaycanlılara qarşı xüsusi nifrəti olan Mixail Qorbaçov gəlir və məhz Qorbaçovun xeyir-duası və təlimatı əsasında rus qoşunları Bakıda qırğınlar törədiblər. Zaman-zaman Azərbaycanda hələ Qorbaçov sağ olarkən onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı fikirlər, təşəbbüslər səsləndirilib. Belə təşəbbüslərdən biri hələ 6 il əvvəl sabiq millət vəkili Etibar Hüseynov tərəfindən irəli sürülmüşdü. Sabiq millət vəkili Mixail Qorbaçovun "Nobel Sülh Mükafatı"nda məhrum edilməsi ilə bağlı hətta kampaniya da başlamışdı. Ancaq müəyyən səbəblərdən həmin kampaniya öz müsbət sonluğuna çatmadı. Bu barədə fikirlərini bölüşən sabiq millət vəkili Etibar Hüseynov deyib ki, 2012- ci ilin martında, Mixail Qorbaçovun ad günü ərəfəsində cəllad Mixail Qorbaçovdan "Nobel sülh mükafatı"nın geri alınmasıyla bağlı " Nobelsiz Qorbaçov" hərəkatının yaradıldığını bəyan edib. Onun sözlərinə görə, bir-çoxları buna dodaq büzüb, min bir bəhanə gətirərək yaxasını kənara çəkib: "Sonunda bütün günü televiziya və qəzetlərdə Vətən, millət deyib pafoslu çıxış edənlərin heç biri yaxın durmadığına görə qolumu çırmalayıb işə təkbaşına başladım. Dünya siyasətinin düzəninə, ədalətsizliyinə bələd idim. Dünya reallıqlarından hali olan biri kimi Mixail Qorbaçovdan Nobel mükafatının geri alınacağına inanacaq qədər də sadəlövh də deyildim. Amma hər bir halda ömrünün son illərində Qorbaçova sinəmizə çəkdiyi dağı heç vaxt unutmayacağımızı bir daha hali etmək, onun iç üzünü dünyaya, xüsusən də yeni nəslə bir daha göstərmək əsas hədəfim idi. Ki, buna da min bir əziyyət hesabına olsa da nail oldum. İlk növbədə mətbuat konfransı keçirib özüm və 20 Yanvar şəhid ailələri adından Norveç və İsveç Kral ailəsinə və parlamentinə, o cümlədən də Nobel mükafatı ofisinə müraciət və qısametrajlı film ünvanladıq. Həmin filmi disk formasında bir-neçə xarici dilə tərcümə edərək dünyanın bir-çox nüfuzlu təşkilat və parlamentlərinə də göndərdik. "Youtube" də yerləşdirdik". Etibar Hüseynov bildirib ki, paytaxtda fəalliyət göstərən diplomatik korpusun böyük əksəriyyətinin rəhbərləriylə görüşüb missiya barədə onları məlumatlandırıb: "Tiflisdə, Gürcüstan parlamentinin qarşısında böyük bir mitinq düzənlədik. Keçirdiyimiz bütün tədbirlər, aksiyalarda da Mixail Qarbaçovu dünyaya bir daha tanıtdıq, bir daha ifşa etdik, lənətlədik. Aksiyalarımız böyük rezonansa səbəb oldu; dünyanın ən nüfuzlu, ən mötəbər media qurumları tərəfindən dəfələrlə işıqlandırıldı. Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələrin onlarla deputatı, ayrl-ayrl ictımai-siyasi xadimləri bəyanat verərək aksiyamıza dəstək sərgilədi. "Qorbaçov fondu" bir-neçə dəfə açıqlama yaymaq məcburiyyətində qaldı. Bir sözlə qarşıya qoyduğumuz əsas hədəfə olmasa da, məqsədimizə maksimum nail ola bildik. Demək olar ki, təkbaşına, heç bir maliyyə-filan dəstəyi olmadan, bircə ayın içində, dünyanı ayağa qaldırıb Mixail Qorbaçovun başına dar elədik. Bir daha anlatdıq ki, illər ötsə də Azerbaycan xalqı onu həmişə bir cinayətkar kimi xatırlayacaq və lənətlə anacaq. Amma etiraf edim ki, daha dərinə gedib, daha çox etmək olardı ki, müəyyən səbəblərdən bunu edə bilmədik. Sağlıq olsun, edəcəyik inşallah. Mütləq edəcəyik. Borcumuzdur".
Süleyman