20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünü 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqı üçün önəmli tarixlərdən olan bu gündə giriş sözü ilə Universitetin rektoru professor Fərəh Əliyeva çıxış edərək bildirib ki, 20 yanvar xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq sayəsində Azərbaycan xalqı özünün yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan edib. 

"Kino-televiziya sənətləri" kafedrasının müdiri porofessor Rafiq Quliyev da çıxış edərək, canlı şahidi olduğu məqamlardan, qarşılaşdıqları təzyiq və çətinliklərə baxmayaraq o anları lentə almağı bacardıqlarından danışıb.

Daha sonra ADMİU-nun şəhid məzunları Azər Ələkbərov və Vaqif Əhmədova həsr olunmuş "Son imtahan" filminə baxış keçirilib. Qeyd edək ki, filmin ssenari müəllifi Minirə Qubatova, rejissoru Elşən Şirbağırovdur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor -müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, eləcə də Universitin yaxınlığında yerləşən ADMİU-nun şəhid məzunu Azər Ələkbərovun büstü və şəhid Əliyusif Qocamanovun xatirə lövhəsinin qarşısına tər güllər qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31