Rus əsgərləri Afrindən geri çəkilmir - Lavrovdan TƏKZİB (YENİLƏNDİ)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Lavrov bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib. "Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib.
20 Yanvar 2018 09:25 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Lavrov bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib.
"Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib.
Türkiyə mətbuatı bundan əvvəl Ankaranın Suriya kürdlərinə qarşı xüsusi əməliyyatı öncəsi Rusiya hərbçilərinin Afrindən çıxarılması barədə məlumat yayıb.
***
Türkiyə Silahlı qüvvələrinin həyata keçirəcəyi Afrin əməliyyatı öncəsi rus əsgərləri bölgədən geri çəkilməyə başlayıb.
Türkiyə sərhədində olan 170 rus əsgəri 17 kilometr cənuba çəkiləcək.
Xatırladaq ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünən Moskvaya səfər edib. Səfərinin əsas gündəm mövzusu da məhz Afrin əməliyyatı olub. Publika.az