DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən Cocuq Mərcanlı kənd məktəbində "Azərbaycan gənci: millilik, qazilik, şəhidlik" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib. "OLAYLAR" -a qurumun mətbuat xidmətindın bildirilib ki, tədbiri giriş sözü ilə açan Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri Elman Piriyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib və bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. E. Piriyev onu da vurğulayıb ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi dövlət başçımızın diqqət və qayğısı nəticəsində qısa müddət bərpa olunub və kənd ərazisində abadlıq-quruculuq işləri həyata keçirilib.

Daha sonra çıxış edən Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə dövlətimizin gənclərə göstərdiyi qayğını xüsusi vurğulayaraq bildirib ki, gənclərin problemlərinin həlli hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. 2016-cı il aprel döyüşlərindən də danışan C. Əlfizadə vurğulayıb ki, aprel şəhidləri gənclər üçün qəhrəmanlıq nümunəsidir

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31