Gündəm
NASA-dan qorxunc proqnoz
Qlobal istiləşmə Türkiyəyə qar əvəzinə daha çox yağışın yağmasına səbəb olacaq. Daha çox sel müşahidə olunacaq, su müharibəsi başlayacaq. Bu barədə NASA-nın yağıntılar üzrə eksperti Tomas Painter danışıb. “İqlim dəyişikliyinə görə quraqlıq mövsümlər daha isti keçəcək. Nəticədə quraqlıq daha şiddətli formada özünü büruzə verəcək. Sistem belə işləyəcək: daha çox isti, daha çox buxarlanma var, ancaq buxarlanan maye yağış olaraq geri dönmür. Türkiyədə hazırda mövcud olan yağıntı vəziyyəti eyni ilə Qərbi Amerikadakı vəziyyətə bənzəyir”, - ekspert bildirib.
Ər qısqanclığa görə bıçaqla arvadının qarnını oydu, qadın ölmədi
Türkiyədə ər həyat yoldaşına qarşı vəhşilik edib. Qaziantep şəhərində baş verən dəhşətli hadisənin qurbanı həyatını itirməsə də, 6 gündür xəstəxanada ölümlə mübarizə aparır.
Əfşarlar dövrünə aid kitab tapıldı
AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.
Nardaran sakini silahını polisə könüllü təhvil verib
Daha bir Nardaran sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ağasəməd Novruzov “İJ-16” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Aİ komissiya yaratmaqla Ermənistanın, yoxsa Azərbaycanın dini faktordan çox istifadə etdiyini müəyyənləşdirə bilər
Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinə dini don geydirməkdə ittiham etməsində erməni rəsmilərinin və siyasətçilərinin əsas məqsədi özlərinin bu istiqamətdəki siyasətlərini gizlətməkdir. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu çıxış edib.
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2018-ci il üçün birgə tədbirlər planı imzalanıb.
ABŞ dağılacaq, Kim Çen İn öldürüləcək – Bu ilin şok proqnozları
Ötən ilin sonlarından dünyanın tanınmış ekstrasensləri 2018-ci il üçün proqnozlarını açıqlamağa başlayıblar. Bu il ağır və dünya üçün çətin dövr kimi qiymətləndirilir. Rusiyalı ekstrasenslər Pavsekaki Boqdanov və Viktoriya Subota proqnozlarını Rusiyanın “Beşinci kanalı”nda bölüşüblər.
Serbiyadan ABŞ-a xəbərdarlıq: Generalımıza viza verin
Serbiya ABŞ-dan özünə hörmət gözləyir. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Serbiya Müdafiə naziri Aleksandr Vulin söyləyib. Onun sözlərinə görə, ABŞ Serbiya Baş Qərargah rəisi Lyubiş Dikoviçə viza verməlidir: “Biz özümüzə, öz hərbçilərimizə ABŞ-dan hörmət gözləyirik. Əgər tərəfdaşıqsa, o zaman münasibətlər bizim tərəfdən pozulmayacaq. Bizim generalımızı ABŞ öz ərazisinə sadəcə Rusiyanın “Qərb-2017” təlimində iştirakına görə buraxmır”.
Ana 13 yaşlı qızının bəkarətini biznesmenə 27 minə satmaq istədi, tutuldu
Rusiyada 13 yaşlı qızını biznesmenə satan ana polis tərəfindən saxlanılıb. 35 yaşlı Irina Gladkikh adlı qadın rəfiqəsi ilə birləşərək qızını 27 min dollara oliqarxa satmaq istəyərkən tutulub. Pulu götürəndə qadın saxlanılıb.
Missiya sui-qəsddən xilas olan generala verildi - Əməliyyat planının DETALLARI
Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirəcəyi əməliyyatın planı artıq hazırdır.
Türkiyənin müdafiə naziri: "Afrin əməliyyatı keçiriləcək"
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək. Bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib. N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".
Banka basqın edən tərkisilah edilib
Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxs cinayət başında yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Fədayə Laçının apellyasiya şikayəti təmin edilmədi
Yanvarın 19-da Bakı Apellyasiya Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə onun vəkili Türkel Süleymanlı məlumat verib.Onun sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Siqaretin ölkəyə gətirilməsi ilə bağlı yeni təkliflər hazırlanıbr
“Ötən il 6 milyondan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. A.Əliyev bu gün qanunsuz siqaret idxalının inkişaf etmiş ölkələrin də qarşısında duran əsas problemlərdən biri olduğunu qeyd edib: “Məsələn, Amerika Birləşmiş Ştatlarında 20 il əvvəl ən yaxşı halda qanunsuz ticarət dövriyyəsinin 11-12 faizinin qarşısını almaq mümkün olurdu”.
Deputatlarımız Bolqarıstan XİN-də olublar
Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyev başda olmaqla nümayəndə heyyəti Bolqarıstanın paytaxtı Sofiya şəhəhərində rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirib.














