Əfşarlar dövrünə aid kitab tapıldı
AMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.
19 Yanvar 2018 14:10 MədəniyyətAMEA Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən "Kitabi-məzhər əttürki" əsərinin surətini əldə edib.
AMEA-dan verilən məlumata görə, Şirazda yazılmış 80 vərəqlik, müqəddimə, 4 fəsil və nəticədən ibarət olan bu kitabda Azərbaycan, Osmanlı, özbək dillərinin xüsusiyyətləri araşdırılır, farsdilli əhaliyə bu dillər barədə məlumat verilir.
Müəllif ayrı-ayrı sözlərin mənasını, leksik, morfoloji xüsusiyyətlərini izah edərkən Nəvai, Füzuli və başqa şairlərin əsərlərindən nümunə kimi istifadə edib.