Deputatlarımız Bolqarıstan XİN-də olublar

Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyev başda olmaqla nümayəndə heyyəti Bolqarıstanın paytaxtı Sofiya şəhəhərində rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Milli Məclisin Azərbaycan-Bolqarıstan Dostluq Qrupunun sədri Rauf Əliyev başda olmaqla nümayəndə heyyəti Bolqarıstanın paytaxtı Sofiya şəhəhərində rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçirib. "Olaylar"ın verdiyi məlumata görə, millət vəkilləri Ağacan Abiyevin, Sabir Hacıyevin iştirak etdiyi nümayyəndə heyəti Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə birlikdə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab Yuriy Şterklə görüşüblər. Görüşdə iki ölkə arasında mövcud olan diplomatik münasibətlərin və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər və bu sahələrdəki perespektivlər barəsində fikir mübadiləsi aparılıb. Eyni zamanda iki ölkə parlamentləri arasında əlaqələrin genişləndirilməsində, eləcə də digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində belə səfərlərin müsbət rol oynadığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31