Türkiyənin müdafiə naziri: "Afrin əməliyyatı keçiriləcək"
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək. Bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib. N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".
19 Yanvar 2018 13:55 DünyaTürkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək. Bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib. N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".
Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib. Apa.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir.