Gündəm

20 yaşlı qız dəm qazından boğulub

19 Yanvar 2018 13:40

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Məlumata görə, hadisə paytaxtın Qaradağ rayonunda Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 20 yaşlı Xanım Abdullayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Mikayıl Cabbarov ABŞ səfiri ilə görüşüb

19 Yanvar 2018 13:39

Vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri cənab Robert Sekuta ilə görüşüb. Bu barədə nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Valideynlər DİQQƏTLİ OLSUNLAR

19 Yanvar 2018 13:38

ABŞ – ın  Florida ştatının Orlando şəhrində faciə baş verib. Belə ki, 6 yaşlı Reyker Rok xəsətxanada vəfar edib. Reyker Rokun ölümünə səbəb  quduzluq olub. Uşağın atası xəstə bir yarasnı tutaraq evə gətirdiyini və bir kutunun içinə qoyduğunu bildirib. O uşağa yarasaya yaxınlşmaması və ona toxunmaması üçün xəbərdarlıq edib. Ancaq uşaq yarsayla oynamaq istəyib nəticədə heyvan onu cırmaqlayıb.

Prezidentin ayırdığı 3 milyon manat 5 özəl telekanal arasında bərabər bölünəcək - SİYAHI

19 Yanvar 2018 13:33

"Azərbaycan prezidenti cənabİlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat "Azərkosmos"un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək". Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

"İndi otellərə aparırlar e... sizi" - Dostəliyeva efirdə OD PÜSKÜRDÜ - VİDEO

19 Yanvar 2018 13:25

Ötən gün "Bizimləsən" verilişində qonaq olan xanım müğənni Zeynəb Dostəliyeva odlu-alovlu açıqlamaları ilə diqqət çəkib. Xanım müğənni gənc müğənnilərin kaprizlərindən gileylənib. 

20 Yanvar cinayəti qəddarlığına görə kommunist diktaturasının əvvəlki cinayətlərindən fərqlənirdi

19 Yanvar 2018 13:22

1990-cı ilin 20 yanvarında törədilən beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Məlumata görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçirilən elmi konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Deputat: "Ermənistan orta əsrlər qaydası ilə hərəkət edirsə, etimaddan danışmaq olmaz"

19 Yanvar 2018 13:22

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırması diplomatik çağırışdır.

Evi qarət edən qadının qolları qandallanıb

19 Yanvar 2018 13:21

Bakıda mənzildən 5000 dollar oğurlayan qadın tutulub. DİN-dən “Olaylar”a veriln mlumata görə, yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

Buraxılış imtahan qaydaları açıqlanıb

19 Yanvar 2018 13:20

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında qeyd olunub.

ƏMDK-da “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

19 Yanvar 2018 13:18

Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Prezident yarım milyon dollara istirahət etdi

19 Yanvar 2018 13:10

Ukrayna Prezidenti Pyotr Poroşenko yanvarın 1-dən 8-nə qədər Maldiv adalarında istirahət edib. Bu barədə informasiyanı “Ukrainskaya Pravda” qəzeti yayıb. Poroşenkonun Maldiv adalarına şəxsi “Falkon 7X” təyyarəsi ilə uçduğu və 5 ulduzlu “Cheval Blanc” otelində qaldığı bildirilir. Poroşenko Maldiv adalarına istirahətə öz ailə üzvləri ilə gedib.

Təranə Qumral Nazənini polisə verdi

19 Yanvar 2018 13:09

Müğənnilər Nazənin və Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir. Məlumata görə, bu dəfə Təranə Nazəninlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu haqda Nazəninin vəkili Heyrat Qarayev deyib.O bildirib ki, T.Qumral ərizəsində  Nazənin və onun həyat yoldaşı Məhəbbətdən şikayət yazıb: “Təranə İbrahimova ərizəsində bildirib ki, özünü öldürmək dərəcəsinə çatıb. Amma onun bu şikayəti araşdırılıb və əsassız olduğu üçün qəbul edilməyib”.

20 Yanvar gününün hava proqnozu

19 Yanvar 2018 13:07

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

2017-ci ildə 1335 km yol tikilib, yenidən qurulub və təmir olunub

19 Yanvar 2018 13:04

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, bura daxildir 313,4 km, respublika, 888,7 km yerli, 133,0 kim isə Bakı şəhər yolları daxildir.

20 Yanvar mövzusunda ilk dərslər keçirilib

19 Yanvar 2018 13:02

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edilib. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.