ƏMDK-da “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsində "20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda anım tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, milli dövlətçiliyimizin bərpasında şanlı səhifələrdən biri olan 20 yanvar xalqımızın demokratiya uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsində ciddi dönüş nöqtəsi oldu. Qeyd edilib ki, 1990-cı ilin 19-20 yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayəti idi. Həmin gün xalqımız üstünə şığıyan Sovet ordusuna qarşı sinəsini verərək, öz mənliyini və mətinliyini nümayiş etdirdi. Bildirilib ki, məhz bununla Azərbaycan xalqı müstəqillik mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda canından keçmək əzmində olduğunu göstərdi. Beləcə, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsinə çevrildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31