Prezident yarım milyon dollara istirahət etdi
Ukrayna Prezidenti Pyotr Poroşenko yanvarın 1-dən 8-nə qədər Maldiv adalarında istirahət edib. Bu barədə informasiyanı “Ukrainskaya Pravda” qəzeti yayıb. Poroşenkonun Maldiv adalarına şəxsi “Falkon 7X” təyyarəsi ilə uçduğu və 5 ulduzlu “Cheval Blanc” otelində qaldığı bildirilir. Poroşenko Maldiv adalarına istirahətə öz ailə üzvləri ilə gedib.
19 Yanvar 2018 13:10 DünyaUkrayna Prezidenti Pyotr Poroşenko yanvarın 1-dən 8-nə qədər Maldiv adalarında istirahət edib. Bu barədə informasiyanı "Ukrainskaya Pravda" qəzeti yayıb. Poroşenkonun Maldiv adalarına şəxsi "Falkon 7X" təyyarəsi ilə uçduğu və 5 ulduzlu "Cheval Blanc" otelində qaldığı bildirilir. Poroşenko Maldiv adalarına istirahətə öz ailə üzvləri ilə gedib.
Ukrayna prezidentinin istirahəti 500 min dollara başa gəlib. Axar.az