Gündəm

“Sabahın alimləri” Respublika Müsabiqəsi keçiriləcək

19 Yanvar 2018 13:01

Fevralın 14-də  “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinin elmi nailiyyətlərini nümayiş etdirməsinə, müasir düşüncə tərzinin formalaşmasına imkan yaratmaq, onları tədqiqatyönlü fəaliyyətə cəlb etmək və hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Gömrük orqanları 1,2 mln. manatlıq qızılın ölkədən çıxarılmasının qarşısını alıb

19 Yanvar 2018 12:58

“Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

"Çelsi"yə transfer qadağası qoyula bilər

19 Yanvar 2018 12:53

İngiltərənin "Çelsi" futbol klubuna transfer qadağası qoyula bilər. London təmsilçisi 18 yaşı tamam olmamış 25 futbolçunun transferi zamanı qaydalara riayət etməməkdə şübhəli bilinir. Bildirilir ki, FIFA-nın İntizam Komitəsi hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Lakin "Çelsi" klubu ittihamları qəbul etmir. Londonluların qanuna əməl etmədikləri təsdiqlənərsə, kluba transfer qadağasının qoyulacağı gözlənilir.

Almaniyada şok olay: azərbaycanlı ailə polisi girov götürdü

19 Yanvar 2018 12:51

Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub. Bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib.

Mahaçqala merinin evi və ofisində axtarış aparılır

19 Yanvar 2018 12:48

Mahaçqala meri Musa Musayevin evində və ofisində axtarış aparılır. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Axtarışı hüquq-mühafizə orqanlarının apardığı bildirilib. Hələlik axtarışın səbəbləri haqqında heç bir məlumat verilmir.

Moskva anonsunu verdi - ABŞ bu ölkədə böyük müharibəyə HAZIRLAŞIR

19 Yanvar 2018 12:46

ABŞ Suriyada böyük müharibəyə hazırlaşır. Bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin üzvü İqor Morozov Şimali İraq kürd muxtariyyətinin “Rudav” telekanalına açıqlamasında deyib. “Moskvadakı müşahidəçilərinin əksəriyyəti ABŞ-ın Suriyada böyük müharibəyə hazırlaşdığını düşünür”, - o bildirib.

Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

19 Yanvar 2018 12:43

Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?

Prezidentdən itkin düşən alpinistlərlə bağlı tapşırıq - Abid Şərifov açıqladı

19 Yanvar 2018 12:37

Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları bir aya yaxındır ki, nəticəsiz qalıb.  Gənc alpinistlərin itkin düşmələri ilə bağlı xəbərin yayıldığı ilk günlər peşəkar alpinistlər tərəfindən müxtəlif fikirlər səsləndirilirdi. Kimisi bildirirdi ki, itkin düşən gənclər çox təcrübəlidirlər və onlar uçquna düşə bilməzlər, bəziləri isə hesab edirdilər ki, gənclər yolu azaraq başqa səmtə gediblər və tezliklə tapılacaqlar.  Hazırda isə gənc alpinistlərlə bağlı yayılan xəbərlər yalnız rəsmi mənbələri əhatə edir. Axtarışların günlərdir davam etməsinə baxmayaraq, hələ də heç bir izə rast gəlinməyib.

Qatarın üstünə çıxan şəxsi elektrik cərəyanı vurub

19 Yanvar 2018 12:36

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunmuş və cərəyan vurması nəticəsində xəsarət almışdır.

Qapı arxasında huşsuz vəziyyətdə tapıldı

19 Yanvar 2018 12:34

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açaraq halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bakıda un məmulatları sexi yanıb

19 Yanvar 2018 12:33

Bakı şəhəri, Sabunçu rayonunda un məmulatlarının hazırlanması sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə sexin fəaliyyət göstərdiyi, hər mərtəbəsi 600 m2 olan üçmərtəbəli mansarda tipli binanın mansardasının yanar konstruksiyaları 210 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Elmar Məmmədyarov: “Krakov görüşləri prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi”

19 Yanvar 2018 12:32

“Krakovda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saatda yaxın davam etdi. İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük.

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlandı

19 Yanvar 2018 12:31

ABŞ Təl-Əvivdəki səfirliyini 2019-cu ildə Qüdsə köçürəcək. Bu haqda mənbələrə istinadən “Nyu York Tayms” qəzeti məlumat yayıb. Daha əvvəl administrasiyadan iddia edirdilər ki, səfirliyin köçürülməsi prezident Donald Tramp səlahiyyət müddətinin sonuna (2021-ci il yanvarın 20-si - red.) olmayacaq. Ancaq nəşrin yazdığına görə, ABŞ-ın prezident administrasiyası köçürülmə ilə bağlı plan hazırlayıb. Mənbələrin sözlərinə görə, səfirliyin Qüdsə köçürülməsi prosesinin sürətləndirilməsi Trampın reytinqinə müsbət təsir göstərə bilər.

Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub

19 Yanvar 2018 12:30

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq. 

Azərbaycanda daha 136 adda müdafiə təyinatlı məmulatın istehsalı planlaşdırılır

19 Yanvar 2018 12:28

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb. Məlumata görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.