Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub
Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.
19 Yanvar 2018 12:30 DünyaErmənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq. A. Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir. O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub. Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir. Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək. Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir. Apa.az "Aysor.am"a istinadən xəbər verir.