Gömrük orqanları 1,2 mln. manatlıq qızılın ölkədən çıxarılmasının qarşısını alıb

“Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

"Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb". Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il 2 tondan yuxarı çətənə kolu, 100 kiloqramdan da çox heroin müsadirə edilib: "Ümumilikdə 2,7 kiloqram qaçaqmalın ölkədən çıxarılması qarşısı alınıb". O, bildirib ki, ötən il 10 nəfər Dövlət Gömrük Komitəsinin əməkdaşı barədə prokurorluq orqanlarına müraciət edilib: "Daha 7 nəfər barəsində DGK nəzdində fəaliyyət göstərən Komitənin daxilindəki İstintaq İdarəsində araşdırma aparılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31