Qatarın üstünə çıxan şəxsi elektrik cərəyanı vurub
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunmuş və cərəyan vurması nəticəsində xəsarət almışdır.
19 Yanvar 2018 12:36 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunmuş və cərəyan vurması nəticəsində xəsarət almışdır. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Halsız vəziyyətdə olan vətəndaş xilasedicilərin köməkliyi ilə aşağı endirilib və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib. Əməliyyat başa çatıb.