Gündəm

“Amerika lideri anladı ki...” - Tramp Putinə müharibə ELAN ETDİ

19 Yanvar 2018 12:26

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya kömək etdiyi barədə bəyanatı Putinlə Amerika liderinin “şəxsi müharibə”sinin göstəricisidir. Bu haqda siyasi şərhçi, jurnalist Vitali Portnikov bildirib. Onun fikrincə, Tramp əvvəllər Putinin hərəkətlərinə göz yumurdu.

Prezident İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verib

19 Yanvar 2018 12:23

Azərbaycan dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib. Məlumata görə, məktubda deyilir: "Hörmətli Şavkat Miromonoviç. Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Azərbaycanda daha iki hərbi zavod fəaliyyətə başlayır

19 Yanvar 2018 12:18

Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur. Məlumata görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Azərbaycanda F-1 tipli əl qumbaralarının seriyalı istehsalı təşkil olunub

19 Yanvar 2018 12:16

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib. Məlumata görə, bu gün nazir Yavər Camalovun sədrliyi ilə Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd olunub ki, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.

134 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

19 Yanvar 2018 12:13

Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Baki Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik)–“Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin təlabatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

16 körpü və 15 piyada keçidi tikilərək istifadəyə verilib

19 Yanvar 2018 12:13

 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib.

Qanlı yanvar hadisəsinin ildönümü qeyd edilib

19 Yanvar 2018 12:12

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Qanlı Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan sərgi və “Azadlığa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər vurğulayıb ki, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir.

Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır - “The Washington Times”

19 Yanvar 2018 12:07

"The Washington Times" qəzetində "Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır" sərlövhəli məqalə dərc edilib. Məqalədə Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycanın tez-tez "Odlar yurdu", paytaxt Bakının isə "Şərqin Parisi" adlandırıldığı qeyd olunur.

Evində kirayə qalan gəlinə seks təklif etdi: qadının dedikləri QAN DONDURDU - VİDEO

19 Yanvar 2018 11:53

Serap Paközün proqramında 70 yaşlı ev sahibinin təcavüzünə uğradığını bildirən gənc qadın söylədikləri ilə ekran önündə əyləşənləri şoka salıb. TV8 ekranlarında yayımlanan "Gerçeğin Peşinde" proqramında qonaq olan Güngör Ete 70 yaşlı ev sahibi tərəfindən məruz qaldığı təcavüzün detallarını açıqlayıb. 

Maykl Cekson haqda şok iddia - Ölməyib

19 Yanvar 2018 11:51

2009-cu ildə vəfat edən dünya şöhrətli müğənni Maykl Cekson haqda inanılmaz xəbərlər yayılıb. Sənətçinin ölmədiyi iddia edilir. Belə ki, Mayklın qızı Paris Cekson bu yaxınlarda avtomobildə çəkdirdiyi bir şəkli izləyicilərlə bölüşüb. Fotoya diqqətlə baxdıqda arxa oturacaqda Maykl Ceksona bənzər birinin olduğunu görünür.

Türkiyə səfirliyi: 20 Yanvar faciəsi əsla unudulmayacaq

19 Yanvar 2018 11:49

Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda aparılan mübarizənin önəmli hadisələrindən biri olan 20 Yanvar faciəsi əsla unudulmayacaq. Bu barədə  Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir. Bəyanatda qeyd olunur: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il əvvəl bu yolda canını fəda edən şəhidlərimizi rəhmətlə anırıq. Bu kədərli gündə Azərbaycanın kədərini bölüşürük".

İŞİD-in qaniçən reperi axır ki, öldürüldü

19 Yanvar 2018 11:44

Suriyada terrorçulara qoşulan Deso Doq ləqəbi ilə tanınan alman reper Dennis Kuspert Deyr əz-Zor uğrunda gedən döyüşlərdə öldürülüb. Bu barədə “Mirror” informasiya yayıb.

Gömrük orqanlarından şikayətlərin sayı azalıb

19 Yanvar 2018 11:43

Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub. “Olaylar” xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

DYP sürücülərə müraciət etdi

19 Yanvar 2018 11:40

Olaylar.az "20 Yanvar günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”. Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobil piyadanı vurub 50 metr kənara atdı

19 Yanvar 2018 11:32

Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, əslən Füzuli rayonundan olan 1980-ci il təvəllüdlü Ocaqverdiyev Mahir Bayram oğlu Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.