Gömrük orqanlarından şikayətlərin sayı azalıb

Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub. “Olaylar” xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub. "Olaylar" xəbər verir ki, bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Bildirib ki, 2015-ci ildə gömrük orqanları barədə 2500 şikayət daxil olubsa, 2016-cı ildə bu rəqəm 2300-dən bir az çox olub. Ötən il isə şikayətlərin sayında 1600 azalma olub və şikayətlərin sayı 700-dən aşağı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31