Gündəm

Fermada qətl - Şamaxı sakini qonşusunu güllələdi

19 Yanvar 2018 11:31

Şamaxı rayonunda qətl hadisəsi törədilib. Məlumata görə, hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.

Ukraynada qızıl yatağı aşkarlandı

19 Yanvar 2018 11:27

Ukraynanın Geologiya və Təbii Sərvətlər Dövlət Xidməti Raxov rayonunda böyük qızıl yatağının aşkar edilməsi barədə məlumat yayıb. Yataqda 2.4 ton qızıl ehtiyatı olduğu bildirilib. 

Akşənərdən Afrin açıqlaması: Niyə ABŞ hədəfdədir?

19 Yanvar 2018 11:26

Afrinə hücum məsələsi çox müəmmalıdır. Bunu tərəfdarları qarşısında çıxışı zamanı İYİ Partiyasının sədri Maral Akşənər söyləyib. “Afrin PYD-YPG-nin olduğu yerdir, amma Rusiyanın təsir zonasındadır.

Məktəblilərin qış tətili nə vaxt başlayır?

19 Yanvar 2018 11:25

Məktəblilər qış tətili ərəfəsində 5 gün evdə olacaqlar. Bu barədə təhsil nazirinin ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında imzaladığı əmrdə qeyd olunub. Belə ki, məktəblilərin qış tətili yanvarın 27-dən 31-nə qədər davam edəcək.

Dünyanı məhv edəcək 2018 savaşı: Tramp buna getsə…

19 Yanvar 2018 11:23

ABŞ-la Çin arasında ticarət sahəsində savaş yaşana bilər. Bu iddia ilə ABŞ-ın “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet ABŞ-ın Çinin ixracatlarına qarşı özəl məhdudiyyətlər hazırladığını bildirib: “Bu, “Titanların savaşı” ola bilər. Əgər savaş gerçəkləşsə, o zaman bu, 1980-ci illərdə Yaponiya televiziya və maşınlarına qarşı başlayan savaşa bənzəyə bilər. Ancaq bu dəfə tərəflərin gücləri balanslıdır. ABŞ indiyə qədər heç vaxt Çin kimi iqtisadi böyüklüyü, industrial bacarıqları və qlobal maraqları olan ölkə ilə qarşı-qarşıya gəlməyib. Əgər Yaponiya ABŞ-ın müttəfiqiydisə, Çin indi daha çox rəqib statusuna sahib olur. Bu isə qisasa-qisas savaşının yaranmasına gətirib çıxara bilər”.

Rəmiş ARB efirinin qapısından niyə qayıtdı? – Video

19 Yanvar 2018 11:21

Rəmişin heç kəslə problemi yoxdu. Bizim 1 saat vaxtımız vardı, getməliydik. Gördük verilişdə başqası ifa edir, gözləyə bilmədik deyə, qayıtdıq. Bu sözləri  məşhur gitara ifaçısı Rəmişin həyat yoldaşı Gülü xanım dünən ARB TV-nin "Səhər-səhər” proqramına gəlmələri, ancaq maşından düşmədən, geri qayıtmaları ilə bağlı danışarkən deyib.

Azerbaijan’s 1990 Black January tragedy commemorated in San Diego, California

19 Yanvar 2018 11:18

The 28th anniversary of the Black January tragedy of Azerbaijan was commemorated at the influential Thomas Jefferson Law School in San Diego, CA. The commemoration was jointly held by the Consulate General of Azerbaijan in Los Angeles and the San Diego Baku Friendship Association.

Kaliforniyada 20 Yanvar faciəsi

19 Yanvar 2018 11:16

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo - Bakı Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib. Baş Konsulluqdan Olaylar.az – a bildirilib ki, tədbiri açan San Dieqo - Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını böyük ədalətsizlik adlandırıb.

İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19 Yanvar 2018 11:14

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Nazirlkdən “Olaylar”a bildirilib ki, tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb.

Lavrov: “Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"

19 Yanvar 2018 11:13

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib. Bu barədə S.Lavrov BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib. 

Ankara merkezli 11 ilde FETÖ operasyonu

19 Yanvar 2018 11:12

Ankara Cumhuriyet Başsavcılığı'nca, KHK ile kapatılan, FETÖ kontrolünde faaliyet yürüten Aksiyon İş Konfederasyonuna bağlı 6 farklı sendikaya operasyon yapıldı.

34 rayonda 68 yol infrastrukturu layihəsi icra olunub

19 Yanvar 2018 11:11

2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.  

ABD Dışişleri Bakanlığı'ndan Afrin operasyonu açıklaması

19 Yanvar 2018 11:11

ABD Dışişleri Sözcüsü: Türkiye'yi böyle bir adım atmamaya çağırıyoruz. Türkiye DEAŞ ile mücadeleye odaklanmalı ABD Dışişleri Bakanlığı Sözcüsü Heather Nauert, Türkiye'nin Afrin'e operasyon yapıp yapmayacağını bilmediklerini belirterek "Türkiye'yi böyle bir adım atmamaya çağırıyoruz. Herkesin gözü DEAŞ'ta olmalı." dedi. ABD Dışişleri Bakanlığı Sözcüsü Nauert, günlük basın toplantısında gündeme ilişkin açıklamalarda bulundu. Sözcü, Dışişleri Bakanı Mevlüt Çavuşoğlu'nun "ABD'den yapılan açıklamalara rağmen biz tatmin olmadık." şeklindeki sözlerinin hatırlatılması üzerine, "Açıklamaları görmedim, ama (Çavuşoğlu) böyle hissettiyse üzgünüm." dedi.

Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur

19 Yanvar 2018 11:10

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Balakən rayonunda 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24.5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib.

Millət vəkili seçiciləri ilə görüşüb

19 Yanvar 2018 11:09

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rufət Quliyev Lənkərandakı “Deputat otağında” 23 nəfər seçicini qəbul edib. “OLAYLAR” xəbər verir ki, 2018-ci ilin ilk qəbulunu açan Rüfət Quliyev seçiciləri salamlayıb, onları Yeni il münasibətilə təbrik etdikdən sonra 2017-ci ildə Azərbaycanda siyasi və iqtisadi stabillik şəraitində möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında hər sahədə baş verən uğurlar barədə ətraflı məlumat verib.