Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Balakən rayonunda 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24.5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Agentliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Balakən rayonunda 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24.5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Agentliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib. Söhbət Balakən-Qazbinə-İtitala avtomobil yolundan gedir. Yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək. Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq 21 ədəd suötürücü borunun quraşdırılması və 5 metr uzunluğunda 1 dördbucaqlı su keçidinin inşası işləri yekunlaşdırılıb. Hazırda daha 1 ədəd 5 metr uzunluğunda dörbucaqlı su keçidin və 12 metr uzunluğunda 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31