Akşənərdən Afrin açıqlaması: Niyə ABŞ hədəfdədir?
Afrinə hücum məsələsi çox müəmmalıdır. Bunu tərəfdarları qarşısında çıxışı zamanı İYİ Partiyasının sədri Maral Akşənər söyləyib. “Afrin PYD-YPG-nin olduğu yerdir, amma Rusiyanın təsir zonasındadır.
19 Yanvar 2018 11:26 DünyaAfrinə hücum məsələsi çox müəmmalıdır. Bunu tərəfdarları qarşısında çıxışı zamanı İYİ Partiyasının sədri Maral Akşənər söyləyib. "Afrin PYD-YPG-nin olduğu yerdir, amma Rusiyanın təsir zonasındadır. ABŞ YPG-dən formalaşacaq 30 minlik ordu qurur. Amma bu ordu Fəratın şərqində yerləşən bölgədə qurulur. İndi edilən çıxışlara baxıram. Afrində Rusiyanın təsiri böyükdür, amma cənab Ərdoğan ABŞ-a qəzəblənərək "Eyyyy" deyə müraciət edir. ABŞ bu işdə günahkardırsa, Malatyadakı bazanı, raket sistemini, İncirlik bazasını bağlayın. Bu, milli məsələ deyil. İYİ Partiya da daxil olmaqla, Afrinə CHP, MHP, AKP-dən olan siyasətçilərin pulla əsgərlik keçən uşaqlarını göndərin. O zaman bunun milli məsələ olduğunu anlayarıq", - deyə o bildirib. Axar.az