Lavrov: “Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib. Bu barədə S.Lavrov BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib. 

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib. Bu barədə S.Lavrov BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib. "Rusiyanın Nüvə Silahlarının Qadağan Olunması Müqaviləsinə qoşulmaq niyyəti yoxdur. Çünki hesab edirik ki, nüvə silahının ləğvi yalnız ümumi, hərtərəfli və tam silahsızlaşdırılma kontekstində, Nüvə Silahının Yayılmaması haqqında müqavilə ilə hamı üçün (o cümlədən nüvə ölkələri üçün) nəzərdə tutulmuş bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür", - deyə Lavrov qeyd edib.

S.Lavrov Rusiyanın nüvə partlayışlarına qoyulan qadağanın uzadılmasını dəstəklədiyini bildirib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31