Millət vəkili seçiciləri ilə görüşüb

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rufət Quliyev Lənkərandakı “Deputat otağında” 23 nəfər seçicini qəbul edib. “OLAYLAR” xəbər verir ki, 2018-ci ilin ilk qəbulunu açan Rüfət Quliyev seçiciləri salamlayıb, onları Yeni il münasibətilə təbrik etdikdən sonra 2017-ci ildə Azərbaycanda siyasi və iqtisadi stabillik şəraitində möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında hər sahədə baş verən uğurlar barədə ətraflı məlumat verib.

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rufət Quliyev Lənkərandakı "Deputat otağında" 23 nəfər seçicini qəbul edib. "OLAYLAR" xəbər verir ki, 2018-ci ilin ilk qəbulunu açan Rüfət Quliyev seçiciləri salamlayıb, onları Yeni il münasibətilə təbrik etdikdən sonra 2017-ci ildə Azərbaycanda siyasi və iqtisadi stabillik şəraitində möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında hər sahədə baş verən uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, 2017-ci ildə Lənkəran rayonu üçün də uğurlu olub: "İl ərzində rayon iqtisadiyyatı dinamik inkişaf edib, rayon ərazisində böyük quruculuq tikinti və abadlıq işləri həyata keçirilib. Rayonda çayçılıq çəltikçilik, sitrus meyvələrinin istehsali əhəmiyyətli dərəcədə artıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbusu ilə keçirilən "Çay çəltik və sitrus festifalı" rayonda yeni bir ənənənin əsasını qoyub və heç şübhə yoxdur ki, bu sahənin inkişafı üçün stimulla çeviriləcək". Sonra deputat 2017-ci ildəki fəaliyyəti barədə qəbul iştirakçılarını məlumatlandırıb. Qəbula gələnlər öz xahişlərini bildiriblər. Onların xahişləri arasında əsasən işlə təmin olunmaq, mənzil tikintisinə köməklik göstərilməsi, ünvanlı sosial yardımla bağlı məsələlər olub. Seçicilərin bir çox problemləri yerindəcə həll olunub və həlli müvafiq qurumlardan asılı olanlar isə nəzarətə götürülüb. Deputat qəbul iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb və sonra seçicilərini əmin edib ki, bundan sonra onlarla sıx təmasda olacaq və möhtərəm Prenzidentimiz İlham Əliyevin qarşıya qoyduğu möhtəşəm vəzifələrin reallaşmasına bir deputat kimi öz töhfəsini verəcək .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31