Mikayıl Cabbarov ABŞ səfiri ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri cənab Robert Sekuta ilə görüşüb. Bu barədə nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
19 Yanvar 2018 13:39 SosialVergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri cənab Robert Sekuta ilə görüşüb. Bu barədə nazirliyin Media və Kommunikasiya Mərkəzindən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər. Görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.