Serbiyadan ABŞ-a xəbərdarlıq: Generalımıza viza verin

Serbiya ABŞ-dan özünə hörmət gözləyir. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Serbiya Müdafiə naziri Aleksandr Vulin söyləyib. Onun sözlərinə görə, ABŞ Serbiya Baş Qərargah rəisi Lyubiş Dikoviçə viza verməlidir: “Biz özümüzə, öz hərbçilərimizə ABŞ-dan hörmət gözləyirik. Əgər tərəfdaşıqsa, o zaman münasibətlər bizim tərəfdən pozulmayacaq. Bizim generalımızı ABŞ öz ərazisinə sadəcə Rusiyanın “Qərb-2017” təlimində iştirakına görə buraxmır”.

Serbiya ABŞ-dan özünə hörmət gözləyir. Bunu "RİA Novosti" agentliyinə açıqlamasında Serbiya Müdafiə naziri Aleksandr Vulin söyləyib. Onun sözlərinə görə, ABŞ Serbiya Baş Qərargah rəisi Lyubiş Dikoviçə viza verməlidir: "Biz özümüzə, öz hərbçilərimizə ABŞ-dan hörmət gözləyirik. Əgər tərəfdaşıqsa, o zaman münasibətlər bizim tərəfdən pozulmayacaq. Bizim generalımızı ABŞ öz ərazisinə sadəcə Rusiyanın "Qərb-2017" təlimində iştirakına görə buraxmır".

Qeyd edək ki, ABŞ oktyabrdan indiyə qədər Serbiya Baş Qərargah rəisinə Amerikaya getməsi üçün viza vermir. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31