Gündəm
BNA narahatçılığa son qoydu, gediş kartları dəyişməyəcək
Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur.
YAP-ın namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir
"Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirib”.
Məlahət İbrahimqızı: “Xalq İlham Əliyev siyasətinin alternativini görmür”
“Yeni Azərbaycan Partiyasının VI qurultayı növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərində YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərar verdi. Çünki Azərbaycan xalqı birmənalı olaraq Ümummilli Lider Heydər Əliyev siyasətinin və cənab İlham Əliyev siyasətinin alternativini görmür”.
Məşhur qarmon ifaçısının 125 illiyi - Muğam Mərkəzində
Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev)125 illik yubiley gecəsi keçiriləcək. 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.
"Ailə qurmaq mənlik deyil" - Mənzurə
ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Mənzurə Musayeva olub. Müğənni efirdə ona yazılan şərhlərdən və evlilik təkliflərindən danışıb. “Hətta zəng də vurublar. Evlilik təklifləri mənlik deyil. Deyirlər ki, ailə qur, mən də onlara deyirəm ki, mənlik deyil.
“Cənubdan şimala bir qatar gəlir” şeirlər silsiləsindən
ATƏT-in Minsk qrupunun həmsədrlərinin turistik səfərləri nəticə vermir
Yaz mövsümü yaxınlaşdıqca ATƏT-in Minsk qrupunun həmsədrlərinin turistik səfərləri də intensivləşir. Qısa bir müddət əvvəl regiona səfər edib Azərbaycan və Ermənistan prezidentləri, eləcə də xarici siyasət idarəsi rəhbərləri ilə görüşən həmsədrlər sonuncu səfərin nəticəsi olaraq iki ölkənin xarici işlər nazirlərini Polşanın Krakov şəhərində görüşdürə bilsə də, lakin həmin görüş də əvvəlkilərdən heç nə ilə fərqlənmədi və tarixə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinin növbəti uğrusuz bir görüşü kimi düşdü. Ancaq vasitəçilər istər son Krakov görüşünün nəticəsizliyi, istərsə də iyirmi ildən artıq hökm sürən və heç bir müsbət effekt verməyən fəaliyyətlərini intensivləşdirmək, bunun səbəbini araşdırmaq əvəzinə yenidən regiona üz tutdular.
Radikal müxalifətin növbəti seçki şousu
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam müxalifət, xüsusilə onun radikal düşərgəsi üçün gözlənilməz “sürpriz” oldu desək yanılmarıq. Planlarını bu ilin oktyabrına nəzərdə tutulan seçki üçün quran radikallar nəinki seçki hazırlıqlarına başlamış, hətta namizəd belə müəyyən etməmişdilər.
Ölkədə təkfirçilik ideologiyasını yaymağa çalışırlar
Son illər İslam dininə maraq, bu dini qəbul etmə sürətli şəkildə geniş yayılıb. Avropanın demək olar ki, bütün ölkələrində hər ay onlarla insan öz dinindən ayrılıb İslamı qəbul edir. Bu müsbət tendensiya xüsusilə gənclər arasında daha çox müşahidə edilir. Amma bir mənfi tendensiya ondan ibarətdir ki, çox zaman İslama üz tutan gənclərdən müəyyən maraqlar, daha dəqiq desək elə İslamda təfriqə, ayrıseçkilik yaratmaq üçün istifadə edilir. Bəs görəsən ilahiyyatçılar, din xadimləri bu barədə nə düşünür və bu proses necə dəyərləndirilir? İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bu gün bütün yer üzərində İslama dəvət gedir və gənclər İslam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. İlahiyyatçı bunu təqdirəlayiq hal hesab edir: “Bu sevindirici haldır.
"Məleykə Əsədovanın görünüşünü dəyişmək istəyirəm"
Stilist Anar Ağakişiyev xalq artisti Məleykə Əsədovanın stilini dəyişmək istədiyini deyib. Məlumata görə, stilist bu haqda qonaq olduğu “5/5” verilişində söyləyib. O, aparıcı Zaur Kamalın “Kimin üzünü dəyişmək istəyərdin? Kimi görəndə deyirsən ki, kaş bunu dəyişərdim" sualına belə cavab verib:
Ölkəmizdə qardaş qanı axıtmaq istəyən qüvvələr mövcuddur
Artıq bir neçə gündür ki, ölkə ictimaiyyətinin əsas müzakirə mövzusu növbədənkənar prezident seçkiləridir. Əksər siyasi qüvvələr öz mərkəzi orqanlarını toplayaraq seçki hazırlıqlarını müzakirə edirlər. Lakin ənənəvi radikal düşərgə isə hər vasitə ilə növbədənkənar prezident seçkiləri ilə bağlı qərara don geydirməyə, seçkiöncəsi ictimaiyyətin fikrini çaşdırmağa çalışır. Bəs görəsən radikal düşərgə bu cür siyasi şoular əvəzinə nə üçün seçki hazırlıqları həyata keçirib sağlam mübaizəyə qoşulmur? Bu və ya digər suallarla müstəqil ekspert, Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanovla söhbətləşdik.
1820 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib
Cari ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin müraciətlərinə və ehtiyaclarına uyğun olaraq 1820 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.
Qadının evinə basqın edən yaxalanıb
Bakıda qadının evinə silahlı basqın edən şəxs yaxalanıb.Daxili İşlər Nazirliyindən “Olaylar”a bildiriblər ki, “102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib.Dərhal aidiyyəti üzrə həmin ünvana gələn Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etməsi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını aparması müəyyən edilib. Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanılıb.
Silsilə oğurluqla məşğul olan dəstə zəzərsizləşdirilib
Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində silsilə oğurluq cinayətləri törədən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Bacısının evindən 20 min manat oğurladı
Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini evindən 20 min manat və 400 dolların oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Oğurluğun ev sahibinin bacısı Bahar Salahova tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.Qeyd olunan faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.














