Gündəm

Dövlət başçısı: “Multikulturalizm bizim üçün həyat tərzidir”

8 Fevral 2018 16:15

“Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir”.

İlham Əliyev: “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir”

8 Fevral 2018 16:13

“Ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir”.

İran səfiri: "Azərbaycanda seçkilər hər zaman böyük maraqla izlənilir"

8 Fevral 2018 16:10

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 8-də İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. Bu barədə MSK-nın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. M.Pənahov MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib.

İstanbulda kriminal aləmə qarşı əməliyyat: 14 nəfər...

8 Fevral 2018 16:09

İstanbulda kriminal aləmdə “Sarallar” adı ilə tanınan mütəşəkkil cinayətkar dəstənin üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində türk polisi İstanbulda yerləşən 18 ünvana eyni zamanda basqın edib. Basqın zamanı 14 şübhəli saxlanılıb, ünvanlarda ov tüfəngi, sənədsiz tapança və güllələr ələ keçirilib. 

Lukaşenko söz verdi: Rusiyaya qarşı...

8 Fevral 2018 15:59

Rusiyaya qarşı olan heç bir ölkə ilə dost olmayacağıq. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Latviya baş naziri ilə görüşü zamanı deyib. Lukaşenko buna səbəb kimi Belarusun Rusiyanı öz qardaş hesab etməsini göstərib: "Hiss edirəm ki, bu səfər çərçivəsində biz bir çox məsələdə anlaşacağıq.

Vəliəhd ölkədən çıxmağa qorxdu: səfər təxirə salındı

8 Fevral 2018 15:56

Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd bin Salman Britaniya səfərini təxirə salıb. Bu barədə informasiyanı “Tasnim” agentliyi yayıb. Bin Salmanın bu addımı ölkədəki daxili etirazların artmasından ehtiyat etdiyi üçün atdığını bildirib.

Saakaşvili: İrəvanda elə dərin bataqlıq var ki...

8 Fevral 2018 15:54

Mixail Saakaşvilinin “Gücün oyanışı” kitabının İrəvanda təqdimatı baş tutub. Bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Təqdimat “Yankee Pub”da keçirilib. Kitab təqdimatına onlarla insan gəlib. Saakaşvili isə yenidən öz Feysbuk səhifəsində Ermənistan hakimiyyətini tənqid edib: “Düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var, amma etiraf etmək lazımdır ki, Ermənistanda vəziyyət daha bərbaddır. İstənilən halda erməni xalqına hörmət edirəm və əminəm ki, sizdə hər şey formalaşacaq”.

Olimpiada başladı - Cəmi 1 təmsilçimiz var

8 Fevral 2018 15:45

Pxençxan şəhərində sayca XXIII Qış Olimpiya Oyunları start götürüb. Bu günə qədər bir dəfə - 1988-ci ildə Yay Olimpiya Oyunlarının ev sahibi olan Cənubi Koreya ilk dəfə "Ağ Olimpiada”nı təşkil edəcək.

Dövlət başçısının siyasi iradəsi qarşısında duruş gətirə biləcək qüvvə yoxdur

8 Fevral 2018 15:44

Cəmiyyətdə 11 aprel növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda hakim komandada ciddi dəyişikliklərin olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Hətta növbədənkənar prezident seçkilərinin keçirilməsinin bir səbəbini də məhz bununla izah edirlər.

Bakıda duman, çiskin, rayonlarda yağış, qar

8 Fevral 2018 15:42

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Ərdoğandan Vaşinqtonu qorxudan açıqlama

8 Fevral 2018 15:38

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatını tənqid edənlərə cavab verib. Ərdoğan əsas məqsədlərinin Suriya xalqının rahat yaşamasını təmin etmək olduğunu deyib: “Bizdən Suriya torpaqlarından təcili çıxmamızı istəyənlərin dediklərini izləyirik.

Bu ölkədə pul əvəzində yumurtadan istifadə edirlər

8 Fevral 2018 15:35

Venesuelada davam edən hiperinflyasiya səbəbindən sakinlər alış-veriş zamanı toyuq yumurtaları ilə ödəmə həyata keçirir. Ölkədə bir neçə həftədən bir bahalaşma qeydə alınır və hökumət yeni pullar çap etdirməyi çatdırmır.