Dövlət başçısının siyasi iradəsi qarşısında duruş gətirə biləcək qüvvə yoxdur
Cəmiyyətdə 11 aprel növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda hakim komandada ciddi dəyişikliklərin olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Hətta növbədənkənar prezident seçkilərinin keçirilməsinin bir səbəbini də məhz bununla izah edirlər.
8 Fevral 2018 15:44 SiyasətBeynəlxalq dairələr Azərbaycanın gələcəyini İlham Əliyevin rəhbərliyi altında görürlər
Cəmiyyətdə 11 aprel növbədənkənar prezident seçkilərindən sonra Azərbaycanda hakim komandada ciddi dəyişikliklərin olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Hətta növbədənkənar prezident seçkilərinin keçirilməsinin bir səbəbini də məhz bununla izah edirlər. Millət vəkili, Milli Məclisin müdafiə, təhlikəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Azərbaycanda on illər ərzində hakimiyyətin formalaşması bilavasitə xalqın iradəsi ilə gerçəkləşir. Artıq meydan və küçə mübarizələri təsir göstərə bilmir, eyni zamanda, xaricdən hansısa ssenarilər əsasında dövlətin gələcəyi müəyyənləşmir. Belə olan təqdirdə biz burada istər ali icra hakimiyyətinin, istər qanunverici orqanın, istərsə də digər təsisatların formalaşmasında dəqiq hüquqi çəriçivə və prinsipləri görməkdəyik: "Ancaq burada da diqqət yetirdikdə ona şahidik ki, bir zaman ardıcıllığı mövcuddur. Yəni prezident seçkiləri 5 ildən bir keçirilməklə digər hakimiyyət orqanları uğrundakı mübarizəyə mənfi təsir etməsin. Çünki bildiyiniz kimi seçki maraqların toqquşduğu bir hadisədir. Burada müxtəlif qüvvələrin mənafeləri üz-üzə gəlir. Belə olan təqdirdə bir neçə hakimiyyət qolu ilə bu cür çarpazlaşma hər bir halda siyasi hakimiyyətin dayanıqlılığına mənfi təsir göstərə bilər. O üzdən xatırlayırsınızsa, bir ay öncə belə bir açıqlama ilə çıxış etmişdik ki, son referendumda xalqın iradəsi ilə prezidentlik müddətinin 7 ilə çatdırılması gələcəyə diqqətlə baxmağa təhrik edir. Belə olan şəraitdə 2025-ci ildə iki seçkilərin arasında qısa bir müddət, yəni 1 ay fasilə olur ki, bu da mənfi bir hal kimi dəyərləndirilə bilər. O üzdən ölkədə bütün prosesləri nəzərə alaraq prezident seçkilərinin müddətini bir qədər irəliyə çəkilməsi düzgün addımdır". Millət vəkili qeyd edib ki, 11 aprel prezident seçkilərindən sonra hökumət yenidən formalaşacaq: "2015-ci ildən başlayaraq dövlət başçısı faktiki olaraq hökumətdə ciddi dəyişikliklər edib və bu proses davam etməkdədir. Bunun səbəbləri barədə düşünəndə ilk olaraq onu deməliyik ki, ölkə başçısı tərəfindən irəli sürülən proqramlara, elan etdiyi kursa sədaqətlə xidmət edən, xalq qarşısında məsuliyyətini dərk edən, qanun müstəvisini aşmayan məmur obrazını formalaşdırmağa çalışır. Bu baxımdan biz yenilənmiş komandadan danışa bilərik". Deputat əlavə edib ki, hazırki dövrün xarakteristikasına uyğun olaraq istər hökumətdə struktur dəyişiklikləri, istərsə də hökumətin tərkibinin yenilənməsi və optimallaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır: "Kimsə dərhal deyəcək ki, yeni-yeni dövlət qrumları yaratmaqla, hakimiyyət yenidən əhalinin hər yüz min nəfərinə düşən məmur sayı artırmağa çalışır. Mənsə cavab verərdim ki, bu qətiyyən düzgün yanaşma deyil. Bir misal çəkim: Qida təhlükəsizliyi ilə bağlı yaradılan dövlət agentliyi. Belə bir dövlət agentliyinin yaradılması bu gün Azərbaycana hərbi təhlükəsizlik qədər önəmli olan bir məsələdir". Z.Oruc hesab edir ki, ölkə başçısının verdiyi qərar çox mühüm məsələləri özündə ehtiva edir: "Bir tərəfdən Azərbaycanın regional və beynəlxalq miqyasdakı əlaqələri hesablanıb, həmçinin hüquqi cəhətdən bu kampaniyada iştirak etmək istəyənlərə də qanunvericilik üzrə verilən o 3 aylıq müddət tamamilə qeyd etdiyimiz situasiyada özünü doğruldur. Yəni kiminsə qəfil yaxalanmasından, onların bu seçkiyə qeyri-hazırlıqlı bir vəziyyətdə elan olunmasından da danışmaq mümkün deyil. Çünki hakimiyyətə iddia edən qüvvələr 25 ildən artıqdır ki, müxalifətdə qarıdıqlarını, elə oradan da təqaüdə getikdlərini söyləyirlər. Bunlar üçün məgər prosesin oktyabrda gerçəkləşməsi ayrı bir situasiya yaradacaqdı?! Yəni məsələ liderin gücündədir, sadəcə inzibati resurslar iqtidar tərəfdədir və buna görə də müxalif camiənin nə maliyyə, nə elektoral, nə komanda gücü bu məsələdə işləri tam görə bilməyib nəzəriyyəsi özünü doğrultmur. O mənada ki, müxalifət bütün vəziyyətlərdə Prezident İlham Əliyevlə müqayisə olunmayacaq dərəcədə zəifdir". Seçkidən sonra ciddi kadr dəyişikliyinin olacağına gəldikdə isə deputat bunun birbaşa dövlət başçısının müstəsna səlahiyyətinə aid məsələ hesab edib: "Biz ancaq bir parlament üzvü kimi bu məsələyə baxışımız əlbəttə, dövlət başçısının sərgilədiyi yüksək fəaliyyəti, çevikliyi, peşəkarlığı, məsuliyyəti eyni zamanda öz komandasından da gözləyir və tələb edir. Mənə elə gəlir ki, ölkə başçısı İlham Əliyev ötən illər ərzində olduğu kimi gələcəkdə də komandasından məsuliyyətli və proseslərə çevik reaksiya tələb edəcək. Və bunu dəfələrlə özü də bəyan edib. Düşünürəm ki, bu önəmli məsələdir. Hesab edirəm ki, idarəetmə sistemində yeni bir mərhələ başlanıb və bu proses davam edəcək. Bunu görməmək mümkün deyil". Millət vəkili onu da bildirib ki, İlham Əliyev seçkilərdən qalib çıxdıqdan sonra gələcək dönəmdə nəinki komandası ilə bağlı yeni qərarlar verəcək, eyni zamanda Qarabağ məsələsi, regional proseslər, neft-qaz sektorunda aparılan savaşlar, ABŞ-Rusiya arasındakı münasibətlərin bölgəyə təsiri və digər məsələlər istiqamətində də ciddi addımlar atacaq: "Onu da qeyd etmək istərdim ki, yuxarıda sadaladığım bir sıra məsələlər məhz Azərbaycandakı növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən olub və belə bir qərarın verilməsinə öz təsirini göstərib. Siyasi əqrəblərin müəyyən qədər dəyişdirilməsi həm də bu amilə görədir. Amma ən önəmlisi qeyd etdiymiz hər bir məmurun baş verənləri hiss etməsidir. Onlar zamanın ruhunu başa düşməsidir. Ona görə də istər hökumətdəki struktur dəyişiklikləri, istərsə də kadr dəyişiklikləri buna xidmət edir. Prezident İlham Əliyev yaxşı mənada menecerliyi, texnokratlığı, təşəbbüskarlığı, cəmiyyətlə fəal işləməyi, bölgə dövlətləri ilə müvafiq əlaqələrin qurulmasını bacaran şəxslərə etimad göstərəcək". O, əlavə edib ki, kiminsə növbədənkənar prezidentt seçkisini guya hakimiyyət daxilində hər hansı qruplaşma və ya siyasi cərəyanların yaratdığı böhran kimi dəyərləndirməsi absurddur: "O baxımdan bəzilərinin seçkinin önə çəkilməsilməsini bununla izah etməsinə və ortaya atmasına ehtiyac yoxdur. Çünki həqiqət ondan ibarətdir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi qarşısında duruş gətirə biləcək qüvvə yoxdur. Transmilli korporasiyalar, beynəlxalq dairələr və dövlətlər bu regionda əlavə təhlükələrin ortaya çıxmaması baxımından Azərbaycanın gələcəyini İlham Əliyevin rəhbərliyi altında görürlər. Hər bir komanda üzvü cəmiyyətin ona olan etimadını cəmiyyətin İlham Əliyevə verdiyi inam və etimad kimi dəyərləndirməlidir. O baxımdan istər parlament, istərsə də hökumət cəmiyyətdən gələn narazılıqları, tənqidləri anlayışla qarşılayıb, onları təhlil edib, buna uyğun adekvat addımlar atmalıdırlar".
Alim