Gündəm
NASA-dan ilk: kosmik sualtı qayıq Titana göndərilir
NASA mütəxəssisləri Vaşinqton Dövlət Universitetinin alimləri ilə birlikdə kosmik sualtı qayıq hazırlayırlar. Bu kosmik sualtı qayıq Saturn planetinin peyki olan Titanın karbohidrogen ehtiyatlarının öyrənilməsi üçün istifadə olunacaq.
YAP İlham Əliyevin namizədliyini irəli sürdü
Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdiyi qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib. Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.
Regional proqramlar təhsil sahəsində müsbət nailiyyətlərin əldə edilməsinə imkan yaradıb
2004-cü ildən icrasına başlanan və qarşıdakı illərdə də davam etməsi nəzərdə tutulan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanda bütün sahələrdə dinamik inkişafa səbəb oldu. Artıq üçüncü Dövlət Proqramı başa çatıb. Bu proqramların icrasından keçən 14 il ərzində istər iqtisadiyyat, istər sosial, istər kənd təsərrüfatı, istərsə də səhiyyə və təhsil sahəsində Azərbaycan çox böyük uğurlara imza atdı.
Azərbaycan prezidentliyinə daha bir namizəd
Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə daha bir namizəd bəlli olub. Söhbət AĞ Partiyanın sədri Tural Abbaslıdan gedir.
Dostluq “nəğməsi” və arxada gizlədilən bıçaq
Azərbaycanın “qara siyahısı”nda olan “ünlü” isimlərdən biri də rusiyalı bədnam siyasətçi Konstantin Zatulindir - deputat, Rusiya parlamentinin MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitə sədrinin 1-ci müavini, Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü. Necə deyərlər, titulları saymaqla bitməz. Birini də bizim XİN ona verib – siyahıya salmaqla.
İlham Əliyev: “1992-ci ildə hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı”
“Bu gün partiyamızın qurultayı keçirilir. Qurultay ölkəmizin iqtisadi-siyasi həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Çudo Peçka" sahibinin məhkəməsində şahidlər ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prosesdə şahid qismində Nazim Aslanov ifadə verib. O, bildirib ki, adına bankdan pul götürülüb: "Mən qohum kimi köməklik etdim. Pulları "Çudo Peçka"nın inkişafı üçün götürmüşdük". Digər şahid Samir Məmmədov ifadəsində bildirib ki, "Çudo Peçka"nın “28 May”da yerləşən mağazasında müdir vəzifəsində çalışıb. O bildirib ki, mağaza arendaya götürülüb və alınan kreditlər avadanlıqların alınmasına xərclənib.
Ali Baş Komandan: "Növbəti illərdə hərbi potensialın gücləndirilməsi, ordu quruculuğu üçün nə lazımdır, ediləcək"
"Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq, bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq".
İlham Əliyev: “Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək”
“Növbəti illərdə önəmli, tarixi qaz-nəqliyyat layihələrini yenə də icra etməklə Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək. Biz siyasətimiz, qətiyyətimiz, düzgün xarici siyasətimiz nəticəsində bunu da edəcəyik. Çünki xarici siyasət, ilk növbədə, daxili problemlərin həllinə yönəlib”. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti: "Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq"
Prezident: “Bütün hökumət qurumları elə işləməlidir ki, sanki bizdə neft amili yoxdur”
“Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq”. Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Körpənizin ağıllı doğulmasını istəyirsinizsə, bunları edin
Alimlər müəyyən ediblər ki, uşaqların ağıllı və istedadlı olmalarının 50%-i genetik faktorlarla əlaqəlidirsə, digər yarı faizi kənar faktorlardan asılıdır.
Şıxlinskayanın əməkdaşları ifadə verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dövlət başçısı: “Bu il 20 minə yaxın, bəlkə də daha çox məcburi köçkünü yeni evlərlə təmin edəcəyik”
“Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
Prezident İlham Əliyev: “Avropa ilə əməkdaşlıq bizim üçün çox önəmlidir”
“Avropa ölkələri ilə yaxın münasibətlərimiz var. Keçən ilAvropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlanıb.Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.










