Gündəm
Prezident İlham Əliyev xalqın ən etibarlı namizədidir
“Ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi olduqca təbii və qanunauyğun haldır”. Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü işlər, həyata keçirilən irimiqyaslı layihələr ona bilavasitə haqq verir ki, yenidən Azərbaycan Respublikasına Prezidentliyinə namizəd olsun. Çünki bu 15 ildə ölkənin inkişafında çox mühüm hadisələr baş verib.
Rusiyadan Bakının 11 aprel seçki qərarına – Münasibət
Azərbaycanda prezident seçkiləri bu suveren ölkənin daxili işidir. Məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualını cavablandırarkən deyib.
Hər il sanksiyalara görə bu qədər itiririk - Yavlinski
Rusiya iqtisadiyyatı sanksiyalar ucbatından hər il 3 trilyon rubl itirir. Bunu Rostov-na-Don şəhərində tələbələrlə görüşü zamanı Yabloko Partiyasının sədri Qriqori Yavlinski söyləyib.
Mənim smartfonum yoxdur... - Putin
Rusiya Prezidenti Vladimir Putin Elm və Təhsil Şurasının iclasında özünün smartfonunun olmadığını etiraf edib. “Kurçatov İnstitutu” milli tədqiqat mərkəzinin rəhbəri Mixail Kovalçukun “hazırda hamının smartfonu var” deməsi Putini qıcıqlandırıb:
Əlimizdə sübut var, Rusiya seçkiyə müdaxilə edib - Buş
ABŞ-ın keçmiş prezidenti Corc Buş 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı sübutun olduğunu deyib.Buş öz nitqində hazırkı prezident Donald Tramp haqqında heç bir söz deməyib, lakin onun Rusiya ilə sıx münasibət qurmaq cəhdlərinə eyham vurub: “Rusların müdaxiləsinə dair olduqca açıq sübut var.
Dağıstan bizə 143 milyon ziyan vurub - Rusiya
Dağıstanda qeyri-qanuni daşınmaz əmlak və torpaq paylanması ucbatından dövlətə 143 milyon rubl ziyan dəyib. Bu barədə bəyanatı Rusiya Baş Prokurorluğu yayıb. Baş Prokurorluq hazırda bununla bağlı cinayət işinin açılması məsələsinin həll edildiyini bildirib.
Deputat: "İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın istəyini reallaşdırdı"
Yeni Azərbaycan Partiyasının (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsi xalqın istəyini reallaşdırdı. Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib. Millət vəkili qeyd edib ki, "Yeni Azərbaycan Partiyasının VI qurultayı möhtəşəm şəkildə baş tutdu. Bu tarixi tədbirdə 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Məhz cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə xalqın istəyi rəsmiləşdi. İlham Əliyev təkcə 700 mindən çox üzvü olan YAP-ın deyil, ümumilikdə xalqın mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Eyni zamanda, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi sosial sifariş idi".
Cəriməsi olan piyadalara bəd xəbər – Sürücülük vəsiqəsi və maşın alanda...
Azərbaycanda piyadalara qarşı tətbiq edilən cərimələrin ödənilməsi o qədər də yaxşı səviyyədə deyil. Bəziləri illərlə cəriməni ödəmir və düşünür ki, heç bir problem olmayacaq. Amma son vaxtlar piyadalara yazılan cərimələrin ödənilməsi üçün müxtəlif qaydalar tətbiq edilir.
Türkiyədən olan təlimatçılar... – Rusiya ilə MÜHARİBƏYƏ HAZIRLIQ GEDİR
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) zabitlər qrupu Ukrayna ordusunun hücuma hazırlığını yoxlamaq üçün Donbasa gəlib. Bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “operativ komandanlığının başçısı” Eduard Basurin bildirib.
Zaxarova: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf etdirilir"
"Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
MSK sosial şəbəkələrin monitorinqi mexanizmini hazırlayacaq
"Sabahdan İctimai Televiziyada Mərkəzi Seçki Komissiyalarının üzvləri çıxış edəcək. İctimai Televiziyadakı çıxışlar eyni zamanda İctimai Radioda yayımlanacaq". Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.
Ekoloji qanunvericiliyə riayət olunması araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, 16-31 yanvarda aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosferhavasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 190 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.
Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə ilk sınaq yük qatarı yola salındı
Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.














