Gündəm
Türkçülük ideyası bu Avropa ölkəsini qorxuya saldı
Macar milliyyətçiliyi ideyasını müdafiə edən Jobbik Partiyasının lideri Qabor Vonanın 4 il əvvəl Türkiyədə söylədiyi “Yanlışa cəsur şəkildə qarşı çıxan və Allahdan başqa keç kimdən qorxmayan Atillanın nəvələriyik” cümləsi Macarıstanda son dövrlərin ən böyük seçki şüarına çevrilib.
Putin Bastrıkini Dağıstana göndərdi: Həbslər...
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Dağıstana gəlib. Bu məlumat Dağıstan hökumətindəki mənbə tərəfindən də təsdiqlənib. "İstintaq Komitəsinin rəhbəri bir sıra rezonans halların monitorinqi üçün Dağıstana gəlib.
“Qarabağ” – “Qəbələ” oyununu bu hakimlər idarə edəcək
“Zirə” 3 futbolçunun razılığını aldı
"Zirə" qış "transfer pəncərəsi"nin son günündə daha bir futbolçunu heyətinə qatacaq. Paytaxt təmsilçisinin növbəti transferi də əcnəbi futbolçu olacaq. Son olaraq Jomal Evans Uilyamsla anlaşan bakılılar bu gün "Bohemians"ın sol cinah müdafiəçisi Yani Urdinovla da münasibətləri rəsmiləşdirəcək. Makedoniya millisinin üzvü tibbi baxışdan uğurla keçsə, yeni komandası ilə 6 aylıq sözləşmə imzalayacaq.
Ronaldo: "O, dünyanın ən yaxşısı olacaq"
PSJ-nin futbolçusu Neymarın "Real"a keçəcəyi ilə bağlı müzakirələr səngimir. Braziliya futbolunun əfsanəsi, "Real"ın sabiq futbolçusu Ronaldo da bu məsələyə münasibət bildirib. O, keçid barədə hər hansı bilgiyə sahib olmadığını deyib. Ancaq Ronaldo Neymarın "Real"da oynamasını istədiyinə işarə edib:"Bu barədə heç nə deyə bilmərəm. "Real" rəhbərliyindən məsələ ilə bağlı heç nə eşitməmişəm. Biz yalnız hazırda olanlarla bağlı fikir bildirə bilərik.
Kəpəz" bu gün 2 legionerlə müqavilə bağlayacaq - RƏSMİ
Mövsümün ikinci yarısına Bakıda hazırlaşan "Kəpəz" bu gün daha 2 futbolçunun keçidini həll edəcək. Gəncə təmsilçisi trinidad və tobaqolu hücumçu Şhahdon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetski ilə rəsmi müqavilə imzalanacaq. Hər iki əcnəbinin müqavilə müddəti mövsümün sonuna kimi olacaq.
"Qardaşımı kimin öldürdüyünü niyə deyirəm ki?" - Elxan studiyaya gəldi - VİDEO
Dekabrın 15-i müəmmalı şəkildə yoxa çıxan Nurullayev Kamranı qətlə yetirdiyi iddiaları artan qardaşı Elxan bu gün "Səni axtarıram"a gəlib. Elxan qardaşını öldürməkdə şübhələndiyi şəxslərin olduğunu bildirib. O, həmin şəxslərin kimliyini heç hüquq-mühafizə orqanlarına da bildirməyəcəyini qeyd edib. Elxan səbəb kimi, ilk olaraq özünün qatili tapmaq istədiyini göstərib.
De Xea "Mançester Yunayted"in qarşısında şərt qoydu
"Mançester Yunayted"in qapıçısı David de Xea yeni müqavilə imzalamaq üçün şərt irəli sürüb. İspaniyalı qolkiper həftədə 350 min funt məvacib istəyir. Hazırda De Xeanın məvacibi həftədə 210 min funtdur.
Bakıda keçiriləcək dünya çempionatının iştirakçılarına tibbi xidmət göstərəcək tibb müəssisəsi müəyyənləşdirilib
Bakı şəhərində keçirilməsi planlaşdırılan velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı zamanı tibbi xidmətə ehtiyacı olan çempionat iştirakçılarıvə qonaqlar Bakı şəhər Kliniki Tibbi Mərkəzdə hospitalizasiya ediləcəklər.
Əfv Komissiyasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Vakant vəzifələr üzrə ən çox sənəd verilən dövlət qurumlarının adı açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar 2018-ci il tarixində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
ABŞ-da yoxsulların bədən üzvləri "qara bazar"da satılır
Çinarə Məlikzadənin eks-əri GİZLİNLƏRİNİ AÇDI: "Gecələr bir az..."
Saakaşvili gürcü hökumətini hədələdi: Çevriliş...
Ukrayna hökuməti mənim ekstradisiyama hazırlaşır, amma bu o demək deyil ki, məni mütləq Gürcüstana ekstradisiya edəcəklər. Bunu “Liberation” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
“Rusiyanın enerji sektoru xarici proqram təminatçılarından asılıdır”
“Rusiyanın bütün kütləvi informasiya vasitələri “Kreml hesabatı”nın ölkəyə təsir etməyəcəyini sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Bir neçə gündür araşdırma aparıram, amma “Kreml hesabatı” ilə bağlı ehtimal edilən sanksiyaların Rusiyaya təsiri ilə bağlı hətta yarıobyektiv təhlilə rast gələ bilmirəm. Kremlin nəzarətində olan bütün resurlar təbliğat xarakterli məlumatlar, “təhlil”lər yayır. Həm də əsaslandırılmamış, bəsit arqumentlərdən ibarət...Qismən obyektiv məlumat yayan, təbii ki “ru” domeni ilə yayımlanmayan rusdilli və hətta ingilisdilli resurslar isə kompyuterimdəki “Karpersky” anti-virus və internet təhlükəsizliyi proqramı tərəfindən bloklanır və yaxud “virus yayan təhlükəli resurs” kimi təqdim olunur”. Məlumata görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli özünün “facebook” səhifəsində yazıb.














