ABŞ-da yoxsulların bədən üzvləri "qara bazar"da satılır

Qızıl və neft kimi insanın bədən üzvləri də "qara bazar"da açıq satışdadır. Məlumata görə, Amerika Birləşmiş Ştatlarında ölkə daxilində 34 şirkət yoxsulların bədən üzvlərini "xammal" kim satışa çıxarır.

Reuters-in xəbərinə görə, xüsusilə kasıbların bədən hissələri nəzarətsiz bir bazarda satılır. Bundan başqa, bəzi şirkətlər cənazə xərclərini ödəmək üçün onların bədən hissələrini eksperimentlərdə istifadə etmək hüququna malikdirlər. Hər il Birləşmiş Ştatlarda minlərlə insan bədənini elm üçün bağışlayır, lakin bədən hissələri xammal kimi qəbul edilir.

ABŞ-da bu işlə məşğul olan 9 şirkət mənfəət güdmədiyi halda, qalan 35 şirkət 12,5 milyon dollar gəlir əldə edir. Bədənini elm xidmətinə verdiklərini düşünən insanların bədən hissələri həqiqətən idarə edilməyən birjada fəaliyyət göstərir. ABŞ-da ürək və böyrək kimi bir çox orqanların satılması ciddi şəkildə idarə olunsa da digər orqanların böyük bir hissəsinin satışı üçün qanuni tənzimləmə yoxdur. Bunu meyit oğurluğu ilə müqayisə edən mütəxəssislər də var.

İnsan orqanizmi də bazar şərtlərinə görə qızıl və neft kimi qiymət dəyişikliyini yaşayır. Normal şərtlərdə 3-5 min dollara satılan bir cəsədin qiyməti 10 min dollara qədər qalxa bilər. Müştərilərin ehtiyaclarına görə, müxtəlif hissələr üçün müxtəlif qiymətlər yaradılmışdır. Ayaqlı bir cəsəd üçün 3,575 dollarlıq qiymət qoyulub. Bir baş üçün 500 dollar, bir ayaq üçün 350 dollar və bel üçün 300 dollar kimi qiymət müəyyənləşdirilib. Cənazə evləri də bu sistemin bir parçası halına gəlib. 62 cənazə evi bu işə görə 300-1,430 dollar komissiya haqqı alırlar.

Aparılan araşdırmalara görə, Nyu-York, Virciniya, Oklahoma və Floridada 2011-2015-ci illərdə 50.000 cəsəd və 182.000 bədən üzvü satılıb. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31