Prezident İlham Əliyev xalqın ən etibarlı namizədidir

“Ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi olduqca təbii və qanunauyğun haldır”. Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü işlər, həyata keçirilən irimiqyaslı layihələr ona bilavasitə haqq verir ki, yenidən Azərbaycan Respublikasına Prezidentliyinə namizəd olsun. Çünki bu 15 ildə ölkənin inkişafında çox mühüm hadisələr baş verib.

"Ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi olduqca təbii və qanunauyğun haldır". Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü işlər, həyata keçirilən irimiqyaslı layihələr ona bilavasitə haqq verir ki, yenidən Azərbaycan Respublikasına Prezidentliyinə namizəd olsun. Çünki bu 15 ildə ölkənin inkişafında çox mühüm hadisələr baş verib. İstər iqtisadi, istər sosial, istərsə də beynəlxalq sahədə Azərbaycanın nüfuzu qat-qat artıb. Nəinki, Azərbaycanın nüfuzu artıb hətta Azərbaycan xalqının mədəni-rifah halı yüksəlib. Həyata keçirilən layihələr Azərbaycana çox böyük uğurlar gətirməklə yanaşı, dünya miqyasında seçilməsinə və önə getməsinə səbəb olub. Bu gündə bu proses davam edir. Ona görə də Qurultayda YAP tərəfindən təklif olundu ki Prezident İlham Əliyev yenidən Prezidentliyə namizədliyi irəli sürsün. Bu təkcə YAP-ın təşəbbüsü deyil, bütöv Azərbaycan xalqının istəyi və arzusudur. Çünki Prezident İlham Əliyev bu illər ərzində sübut etdi ki, xalqın ən etibarlı namizədidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31