Markizio: "A Seriyasında "Yuventus"dan başqa klubda oynamaram"

"Yuventus"un yarımmüdafiəçisi Klaudio Markizio İtaliya mətbuatına açıqlama verib.

Zədədən yenicə qayıdan təcrübəli havbek, ilk olaraq gələcək planları barədə danışıb. "Gələcəyim barədə tək onu demək istəyirəm ki, özümü yaxşı hiss edirəm və komanda yoldaşlarıma kömək etməyə hazıram. "Yuventus"la uzun müddətli müqaviləm var. Düzdür, futbolda öncədən danışmaq olmaz. Nəsə baş versə belə, A Seriyasında başqa klubun formasını geyinməyəcəm".

Markizio "qoca senyora"nın skudetto mübarizəsində ən ciddi rəqibi "Napoli" və Çempionlar Liqasında qarşılaşacaqları "Tottenhem" barədə fikirlərini də bölüşüb.

"Onların bir neçə ildə heyəti çox dəyişmədiyindən təcrübə və özgüvənləri artıb. Bu mövsüm Neapol klubu yaxşı təsir bağışlayır. Amma "Napoli" arasında turnir cədvəlində xal fərqimiz böyük deyil.

"Tottenhem"lə ötən yay yoldaşlıq oyunu keçirmişdik. Harri Keyndən başqa onların heyətində fiziki və texniki cəhətdən güclü oyunçular var. Şübhəsiz, bizə asan olmayacaq. Amma qol buraxmamaqla çox işi birinci oyunda etməliyik". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31